8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb 

13 May 2024 11:41
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb 

Bakı. AzerVoice:

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Parlamentdən AzerVoice-ə verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olan əlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad etməsinin Özbəkistanda da sevinclə qarşılandığını bildirən Tənzilə Narbayeva Azərbaycan xalqının hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq və yenidənqurma işlərini böyük uğurla həyata keçirdiyini söyləyib. O, özünün ölkəmizə səfəri çərçivəsində Şuşa şəhərinə getdiyini xatırladaraq, həmin ərazilərdə görülən işlər və Şuşanın gözəlliyi haqqında müsbət təəssüratlarını bildirib.

Senatın sədri Azərbaycan Prezidentinin öz ölkəsinə və xalqına möhtəşəm uğurlar qazandıran lider olmaqla yanaşı, həmçinin dünya miqyasında böyük hörmət və ehtiram göstərilən siyasətçilərdən biri olduğunu vurğulayıb.

Milli Məclisin sədri görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd edib. O, deyib ki, millət vəkilləri də bu istiqamətdə görülən işlərə özünəməxsus töhfələr verməlidir.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib. Spiker Sahibə Qafarova deyib ki, qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edilib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyirlər. O cümlədən, ikili standartlara, beynəlxalq platformalarda ölkələrimiz haqqında qərəzli münasibətə qarşı bundan sonra da birgə mübarizənin vacibliyi vurğulanıb. Tərəflər parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını da nəzərdən keçiriblər.

Söhbət zamanı Asiya Qadın Forumunun əhəmiyyəti və müzakirə olunacaq mövzuların aktuallığı barədə də fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova dost və qardaş Özbəkistanın belə mühüm bir beynəlxalq tədbirə evsahibliyi etməsindən məmnunluğunu ifadə edərək, Forumun yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb  Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb  Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb  Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb 
Məqalədə: #Özbəkistan #Milli Məclis #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
Rusiya və Səudiyyə Ərəbistanı İran-ABŞ razılaşması üçün kompromis axtarır -Lavrov
18:10
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.