10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Kubada Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

25 May 2024 07:56
Kubada Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

Bakı. AzerVoice:

Kubanın paytaxtı Havana şəhərinin tarixi “Hotel Nacional” mehmanxanasında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Kuba hökumətinin üzvləri, ədliyyə naziri Oskar Silvera Martinez, xarici işlər nazirinin müavini Anayansi Komexo Rodriqez, habelə Kuba Xarici İşlər Nazirliyinin, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin, dövlət qurumlarının, diplomatik korpusun, elmi-akademik dairələrin və KİV-in nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın və Kubanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulması və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri haqqında danışıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə üzləşdiyi çətinliklər barədə məlumat verən səfir, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib.

R.Rzayev 2023-cü ilin dekabr ayında Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçildiyini, bunun Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti olduğunu və COP29 zamanı iqlim dəyişikliyi ilə bağlı çağırışlar üzrə vacib qərarların qəbul edilməsi üçün ölkəmizin bütün iştirakçı dövlətlərlə intensiv danışıqlar apardığını bildirib.

Səfir, həmçinin Azərbaycan-Kuba əlaqələrinə toxunaraq, son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışıb və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Qəbul zamanı Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və COP29 barədə videoçarxlar nümayiş olunub.

Kubada Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib
Məqalədə: #Azərbaycan #Kuba

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.