11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanın və Şimali Kiprin qanunverici orqanları arasında əlaqələr müzakirə edilib

7 İyun 2024 21:09
Azərbaycanın və Şimali Kiprin qanunverici orqanları arasında əlaqələr müzakirə edilib

Bakı. AzerVoice:

Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerVoice-yə bildirilib ki, görüşdə plenar iclasın yüksək səviyyədə təşkil olmasından məmnunluq ifadə edilib.

Qeyd olunub ki, TÜRKPA qanunvericilik orqanlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Sahibə Qafarova Azərbaycanın bu təşkilata sədrlik edəcəyi qarşıdakı dövrdə parlamentlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atılacağını söyləyib.

Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü işlərin önəmi qeyd edilib.

Görüşdə 2023-cü ilin oktyabrında Bakıda “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri"nin keçirilməsi, bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. Zorlu Töre bu ilin aprelində Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kiprdə yüksək minnətdarlıqla qarşılanıb.

Görüşdə, həmçinin dostluq qrupları və deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın və Şimali Kiprin qanunverici orqanları arasında əlaqələr müzakirə edilib
Məqalədə: #Azərbaycan #Şimali Kipr Türk Cümhuriyyəti

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.