6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

6 Sentyabr 2024 10:24
İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

Bakı, AzerVoice

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.

AzerVoice xəbər verir ki , “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.

Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.

Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.

Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın “Chigi” Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub.

Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə “Eni” arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.