4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik - QAİ

3 Dekabr 2023 11:09
BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik - QAİ

Bakı. AzerPress:

BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış edib. İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir.

Xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirik.

AzerPress-in məlumatına görə, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Qeyd edilib ki, xüsusi məruzəçinin “Dağlıq Qarabağ”, “Mardakert”, “Karmir Şuka”, “Xramort” kimi qondarma toponimlərdən istifadə etməsi də yolverilməzdir. BMT-nin xüsusi məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun.

“Ermənilərin Laçından deportasiyası”ndan danışan BMT-nin xüsusi məruzəçisinin beynəlxalq hüquqa qarşı hörmətsizliyi və ştatlı azərbaycanofoba çevrilməsi, zavallı duruma düşməsi acınacaqlıdır. Bu məktub BMT-nin özünü gözdən salır. Təəssüflə bildiririk ki, Azərbaycan xalqının həm Ermənistanda, həm də vaxtilə işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin dağıdılmasına BMT, UNESCO tərəfindən reaksiya verilməmiş, susqunluq nümayiş etdirilmişdir.

Sən demə, xüsusi məruzəçi həm də Qafqaz Albaniyası ilə bağlı mütəxəssis imiş və udi icmasının Qarabağda dini ocaqları ziyarət etməsi onun yaman xətrinə dəyib.

Xüsusi məruzəçi İrəvanda Göy Məscidin “Azərbaycan irsi”olmadığını bildirir. Ümumiyyətlə, A.Xantakinin bu cəfəng iddialarla məqsədinin nə olduğu bilinmir. Əgər A.Xantakinin məqsədi “erməni irsi”dirsə, onda onun Göy Məscidlə nə işi var!

Xüsusi məruzəçi həm də qəsdən Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etmişdir.

Xüsusi məruzəçi öz kobud səhvini düzəltməli və Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə münasibət bildirməli və bununla bağlı Ermənistan hökuməti ilə təmasa keçməlidir. Əks təqdirdə onun etnik və dini simpatiya əsasında fəaliyyət göstərməsi və azərbaycanofob olması tam sübut olunacaq.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, A.Xantakinin belə qərəzli olmasının səbəblərindən biri də onun Yunanıstandan olmasıdır. Xüsusi məruzəçini mandatına uyğun olaraq müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməyi, Azərbaycana qarşı düşük iddialara son qoymasını tələb edirik.

BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik - QAİ
Məqalədə: #BMT #Qərbi Azərbaycan İcması

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat
Cəmiyyət

Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

2 Sentyabr 11:29
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.