13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Türküstanda Sərhədsiz Qardaşlıq III təlimi keçirilib

21 Sentyabr 2024 12:14
Türküstanda Sərhədsiz Qardaşlıq III təlimi keçirilib

Bakı,  AzerVoice

Qazaxıstanın Türküstan əyalətində Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Sərhədsiz Qardaşlıq-III” birgə təlimi keçirilib.

AzerVoice xəbər verir ki, bu haqda Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Orda poliqonunda keçirilən çoxmillətli təlimdə xüsusi təyinatlı bölmələrin 400-dən çox əsgərinin iştirak etdiyi qeyd edilib.

Qırğızıstan və İordaniyanın təlimlərdə müşahidəçi qismində yer aldığı bildirilib.

İştirakçı ölkələr və onların orduları arasında təcrübə mübadiləsini təmin etmək, komanda-idarəetmə sistemləri və hərbi hissələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədilə keçirilən təlim çərçivəsində taktiki atış, paraşütdən istifadə və dağ hazırlığı təlimləri keçirilib.

Təlimin yekun mərhələsində qoşunlar sərhədi keçərək insanların sıx olduğu əraziyə sığınan qanunsuz silahlı birləşmənin zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirib.

6 ölkənin xüsusi təyinatlılarının birgə həyata keçirdiyi xüsusi əməliyyatı Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov da izləyib.

Jaksılıkov əsgərləri əməliyyatın uğurla başa çatması münasibətilə təbrik edərək, "Biz artan terror təhdidlərini nəzərə alaraq, hərbi təhlükəsizlik sahəsində səylərimizi birləşdiririk. Təlim zamanı böhran vəziyyətində idarəetmə orqanları və bölmələrinin hərəkətləri üçün alqoritmlər hazırlanıb. Birgə əməliyyatlar onu göstərir ki, hərbi birləşmələr ardıcıl və səmərəli fəaliyyət göstərməyə hazırdırlar”- deyib.

Türküstanda Sərhədsiz Qardaşlıq III təlimi keçirilib Türküstanda Sərhədsiz Qardaşlıq III təlimi keçirilib
Məqalədə: #Sərhədsiz Qardaşlıq III təlimi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.