7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Meksika televiziyasında Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı süjet yayımlanıb

28 Sentyabr 2024 06:00

Bakı. AzerVoice

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Meksikanın "Change Tv" kanalında yayımlanan "Eco Internacional" verilişinə qonaq olub. Aparıcı Aribel Kontreras ilə müsahibə zamanı səfir Azərbaycanın enerji təhlükəsizliyindəki mühüm rolunu və ölkənin COP29-a ev sahibliyi etməsi mövzusunu müzakirə edib.

AzerVoice xəbər verir ki, Məmməd Talıbov əvvəlcə tamaşaçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi, müsəlman Şərqində ilk demokratik respublikanın qurulması və qadınlara bərabər hüquqların verilməsində ölkəmizin öncüllüyü barədə məlumat verib. O, Azərbaycanın müstəqillik tarixi, xalqımızın üzləşdiyi çətinliklər və çağırışlardan danışaraq, xüsusilə Ümummilli Lider Heydər Əliyevin ölkənin çətin dövrlərində hakimiyyətə qayıdışının dövlətçiliyin qorunmasında oynadığı rolu vurğulayıb.

Müsahibədə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan bəhs edən diplomat, ölkəmizin son illərdə təşkil etdiyi mötəbər beynəlxalq tədbirləri qeyd edib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropa və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi, Formula 1 Azərbaycan Qran-Prisi kimi böyük tədbirləri təşkil etməsi və iqlim dəyişikliyinə həsr olunmuş COP29-a ev sahibliyinin bu siyahıya daxil edildiyini bildirib. Diplomat, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki vacib rolunu da vurğulayıb və COP29-a hazırlıq prosesi barədə məlumat verib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji roluna dair verilən sualı cavablandıran səfir, ölkəmizin neft və qaz strategiyası çərçivəsində həyata keçirdiyi infrastruktur layihələri, boru kəmərləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardan danışıb.

Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı sualları cavablandıran diplomat, 30 illik işğalın başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri və qaçqınların qayıdışını təmin etmək üçün həyata keçirilən "Böyük Qayıdış" proqramı haqqında danışıb. O, həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının və ölkənin hüquqi sənədlərindən ərazi iddialarını çıxarmasının vacibliyini vurğulayıb.

Sonda səfir, Azərbaycan-Meksika münasibətlərinə toxunaraq iki ölkə arasında turizm, mədəniyyət, təhsil və iqtisadi sahələrdə əməkdaşlıq imkanlarından bəhs edib və bu sahələrdə əməkdaşlığı gücləndirmək üçün böyük potensial olduğunu diqqətə çatdırıb.

Məqalədə: #Azərbaycan #Meksika

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.