12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Səbinə Əliyeva beynəlxalq konfransda Ermənistanın ekosid və urbisid cinayətlərindən danışıb

10 Oktyabr 2024 23:05
Səbinə Əliyeva beynəlxalq konfransda Ermənistanın ekosid və urbisid cinayətlərindən danışıb

Bakı, AzerVoice

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Moskva şəhərində “İnsan hüquqları müdafiəsinin problemləri: Ombudsmanların müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda təşkil olunan VIII beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

AzerVoice xəbər verir ki, 60-a yaxın ölkənin ombudsmanlarının və milli insan hüquqları institutlarının (MİHT) rəhbər və nümayəndələrinin iştirak etdiyi tədbirdə “Səhiyyə sahəsində insan hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda çıxışı zamanı Müvəkkil dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlərin mövcud olduğunu və həllinin kompleks yanaşma tələb etdiyini bildirib. O, səhiyyə xidmətlərinə bərabər çıxışın vaxtında təmini ilə bağlı problemlərin araşdırılmasında, normativ-hüquqi aktların qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkliflərin irəli sürülməsində MİHT-lərin rolundan danışıb.

Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin insan hüquq və azadlıqlarının kütləvi pozulmasına səbəb olduğunu deyən Ombudsman Azərbaycanın da uzun illərdir bu problemdən əziyyət çəkdiyini qeyd edib. O, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda ətraf mühitə ziyan vurduğunu, su resurslarını kimyəvi tullantılarla çirkləndirdiyini, ekosid, urbisid cinayətləri, mina terroru törətdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil işğal dövründə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsinin həmin bölgədə yaşayan insanların həyat və sağlamlığına, eləcə də sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə yaratdığını bildirib.

Rəqəmsal texnologiyaların səhiyyə sahəsində istifadəsinə toxunan Ombudsman süni intellektin bacarıqlarından yararlanmaqla müvafiq sahədə görülən işlərin səmərəliliyinin artırıla biləcəyini vurğulayıb. Bununla yanaşı, rəqəmsal səhiyyə xidmətlərinin geniş miqyasda tətbiqinin internetə və rəqəmsal texnologiyalara çıxışı olmayan bəzi həssas əhali qrupları üçün səhiyyə xidmətlərinin göstərilməsində müəyyən məhdudiyyətlər yaratdığı da qeyd edilib.

Səbinə Əliyeva, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini söyləyərək bununla bağlı cari ilin oktyabr ayında “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun təşkil olunduğunu, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların həlli yolları barədə səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Səbinə Əliyeva beynəlxalq konfransda Ermənistanın ekosid və urbisid cinayətlərindən danışıb Səbinə Əliyeva beynəlxalq konfransda Ermənistanın ekosid və urbisid cinayətlərindən danışıb Səbinə Əliyeva beynəlxalq konfransda Ermənistanın ekosid və urbisid cinayətlərindən danışıb
Məqalədə: #ombudsman #Səbinə Əliyeva

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.