12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək - Spiker

14 Oktyabr 2024 22:03
COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək - Spiker

Bakı, AzerVoice

COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək.

AzerVoice-un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışında cari ilin noyabr ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə geniş məlumat verib.

Spiker Sahibə Qafarova deyib ki, tədbirə hazırlıq intensiv şəkildə həyata keçirilir.

O bildirib ki, texnologiya COP29 Azərbaycan Sədrliyinin baxışında mühüm yer tutur, çünki o, iqlim dəyişikliyinə qarşı qlobal cavabın vacib komponentidir. Texnologiya həm təsirli yumşaltma, həm də uyğunlaşma tədbirlərinin asanlaşdırılmasında həlledici rol oynayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Sədrliyi artıq 14 təşəbbüs irəli sürüb. Bunlardan biri də "Yaşıl Rəqəmsal Fəaliyyət" təşəbbüsüdür. COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək ki, bu da öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrin səviyyəsinin artırılması üçün bir platforma rolunu oynamış olacaq. Elə həmin gün yüksək səviyyəli xüsusi dəyirmi masa təşkil olunacaq, müvafiq Bəyannamə təqdim olunacaq.

Milli Məclisin sədri bildirib ki, parlament müzakirələrində iqlim dəyişikliyi məsələsinin əhəmiyyətini nəzərə alaraq, Parlamentlərarası İttifaq Azərbaycan Milli Məclisi ilə birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək. Diqqətə çatdırılıb ki, tərəflər artıq tədbirə hazırlıq prosesinə yekun vurmaq üzrədirlər.

COP29 çərçivəsində tarixdə ilk dəfə Rəqəmsallaşma Günü keçiriləcək - Spiker
Məqalədə: #Sahibə Qafarova #COP29 #Rəqəmsallaşma Günü

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.