9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Diplomatiya tarixi və irsimizin öyrənilməsinə mühüm töhfə

25 Aprel 2025 23:35
Diplomatiya tarixi və irsimizin öyrənilməsinə mühüm töhfə

BAKI, AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valeh oğlu Hacıyevin (Fəxri Valehoğlu) “Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı irihəcmli kitabı nəfis tərtibatda çap olunmuşdur.

AzerVoice xəbər verir ki, “Giriş”, 5 fəsil, 22 yarımfəsil, “Nəticə”, “Əlavələr” və “Biblioqrafiya”dan ibarət monoqrafik tədqiqatın ilk fəslində 1917-1922-ci illərdə Güney Qafqazda hərbi-siyasi proseslər şərh edilir. Növbəti fəsillərdə 1918-1922-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Azərbaycan Sosialist Sovet Respublikası) Tiflis və Batum şəhərlərində, eləcə də Gürcüstan Demokratik Cümhuriyyətinin Azərbaycandakı diplomatik təmsilçiliklərinin siyasi-diplomatik fəaliyyəti, strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə təminatı məsələləri hərtərəfli araşdırılır.

Monoqrafiyanın yazılmasında, başlıca olaraq, ilkin mənbələrdən ‒ Azərbaycan və Gürcüstan arxivlərində saxlanılan rəsmi yazışmalar, təliqələr, təlimatlar və hesabatlar, tədqiqatın əhatə olunduğu dövrdə Bakı, Tiflis, Batum, Kutais və Axaltsixe şəhərlərində Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan mətbu orqanlarının materiallarından istifadə olunmuş, elmi dövriyyəyə çox sayda yeni mənbə və faktlar gətirilmişdir. Bununla da zəngin faktoloji materiallar əsasında, eləcə də mətbuat xəbərlərinə istinadən həm tədqiqat obyekti olan diplomatik missiyaların fəaliyyəti hərtərəfli araşdırılmış, həm də Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrinə dair maraqlı faktlar üzə çıxarılmışdır.

Tədqiqatın müddəa və nəticələrindən 1917-1922-ci illər Qafqaz siyasi tarixinin, xüsusən Azərbaycan və Gürcüstanın xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiya tarixinin öyrənilməsində və tədrisində istifadə oluna bilər.

Qeyd olunmalıdır ki, Türk Mədəniyyəti və İrsi Fondu və AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun xətti ilə işıq üzü görmüş monoqrafiya adıçəkilən institutun Elmi Şurasının qərarı çapa məsləhət görülmüşdür.

Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.