5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub"

13 May 2025 17:43
Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub"

Bakı. AzerVoice

Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngilan məscidi XIX Venesiya Arxitektura Biennalesində təqdim olunub.

Bu məscidin Azərbaycanın iştirak tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq memarlıq platformasında nümayiş etdirilməsi Qarabağın mədəni dirçəlişi və memarlıq vasitəsilə milli kimliyin qorunub saxlanması istəyini nümayiş etdirir.

AzerVoice-ə müsahibədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bu hadisənin əhəmiyyətini vurğulayıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olundu. Bu, Azərbaycanın azad edilmiş torpaqlarına mədəniyyətin, etiqadın və tarixi yaddaşın qayıdışının dünya ictimaiyyətinə canlı nümayişidir”, – deyə o bildirib.

Ələkbərovun sözlərinə görə, onilliklər boyu dağıdılmış vəziyyətdə qalan Zəngilan məscidi bu gün tarixi irslə müasir yanaşmaları birləşdirən memarlıq fəlsəfəsinin təcəssümüdür. Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərində otuz ilə yaxın işğal zamanı yaşayış binaları və infrastruktur dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi, mədəni və dini abidələr təhqir olunub. Xüsusən də Zəngilan məscidi də işğal dövründə heyvanların saxlanıldığı tövlə kimi istifadə olunub.

Ərazilər azad olunduqdan sonra Qarabağda tarixi, dini və mədəni abidələrin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də tikinti-bərpa işlərinə başlanılıb. Qorunub saxlanılmış tarixi məscidin yanında yeni bir məscid inşa olunub və bu gün həmin məscid azad edilmiş torpaqların mənəvi və memarlıq dirçəlişinin rəmzi kimi dünyaya təqdim olunur.

Qeyd edək ki, XIX Arxitektura Biennalesində ölkəmiz “Tarazlıq. Azərbaycanın motivləri” adlı pavilyonla təmsil olunur. Pavilyon Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Milli pavilyonun ekspozisiyasına son illərdə Azərbaycan memarlığının dinamik inkişafını əks etdirən mühüm layihələri – “Bakı Ağ Şəhər”, “Zəfər Parkı” və “Zəngilan məscidi” daxildir.

Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub"
Məqalədə: #Qarabağ #Zəngilan #Anar Ələkbərov

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
Siyasət

Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

24 Avqust 18:27
Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib
Cəmiyyət

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

3 Avqust 18:32
"Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq
ArabSport

"Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

30 İyul 10:43

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.