9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

16 İyul 2025 18:01
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub

BAKI, AzerVoice

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Bakı Kitab Mərkəzində olublar.

AzerVoice xəbər verir ki, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonağa mərkəz haqqında məlumat verib.

Bildirilib ki, Bakı Kitab Mərkəzi 2018-ci ildən rəsmi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Mərkəz kitab satışına yeni yanaşma gətirərək, Azərbaycan, rus, türk, ingilis və digər dillərdə müxtəlif janrlarda kitablar təqdim edir. Sahəsi 2500 kvadratmetr olan Mərkəzin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri nümayiş olunur. Birinci mərtəbədə, həmçinin "I Love Baku" brendinin, "Azərpoçt" MMC-nin məhsulları, Azərbaycan dilində və xarici dillərdə dünya bestsellerləri, klassik ədəbiyyat, qeyri-bədii əsərlər, incəsənət albomları, turist bələdçiləri, dəftərxana malları və hədiyyələr mövcuddur. Kitab satışına əlavə olaraq birinci mərtəbədə "Coffeemood" adlı kafe fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzin ikinci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün xüsusi bölmə, uşaqlar üçün guşə, müxtəlif tədbirlərin keçirilməsi və elmi fəaliyyətlərlə məşğul olanlar üçün nəzərdə tutulmuş sahələr mövcuddur.

Bakı Kitab Mərkəzində kitabsevərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə imkanlar da var. Burada mütəmadi olaraq müxtəlif kitab təqdimatları, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, imza saatları, uşaqlar üçün "Oxu" saatları və yaradıcılıq dərnəkləri, beynəlxalq təşkilatlar, eləcə də xarici səfirliklərlə birgə təşkil olunan tədbirlər keçirilir. Müxtəlif yerlərdə quraşdırılmış monitorlarda yeni kitablar haqqında məlumatlar təqdim olunur. Sensor ekranlar vasitəsilə Mərkəzdə mövcud olan bütün kitablar haqqında məlumat əldə etmək mümkündür.

Sonda Bakı Kitab Mərkəzi adından qonağa xatirə hədiyyəsi təqdim olunu

Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub
Məqalədə: #Azərbaycan #Türkmənistan #Heydər Əliyev Fondu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.