9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan QHT-ləri Marko Rubioya müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb.

24 İyul 2025 18:04
Azərbaycan QHT-ləri Marko Rubioya müraciət ünvanlayıb

BAKI, AzerVoice

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb.

AzerVoice xəbər verir ki, müraciətdə deyilir:

"Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rədd edirik.

Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar".

Bildirilir ki, bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər.

"Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar.

Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur. Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər.

Xatırlatmaq istərdik ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə Cənab Tramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirib", - müraciətdə vurğulanıb.

"Ötən il Bakıya - COP29 tədbiri zamanı səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən “Rədd ol!” şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəni tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan F.Peloni kimi konqresmenlər ilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır.

Ermənistan ərazisində və işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir.

Son vaxtlar İsveçrə parlamentinin “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir. Sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.

Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir.

İmzalar:

Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri

Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri

Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Umud Mirzəyev – “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri

Zaur İbrahimli – “Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri

İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri

Rey Kərimoğlu - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri", - deyə əlavə olunub.

Məqalədə: #Azərbaycan #ABŞ #QHT #Marko Rubio

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.