10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun mətni dərc olunub

ABŞ Dövlət Departamentinin saytında Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun mətni dərc olunub.

29 Avqust 2025 22:26
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun mətni dərc olunub

BAKI, AzerVoice

ABŞ Dövlət Departamentinin saytında Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun mətni dərc olunub.

AzerVoice-un məlumatına görə, sənədin mətnində deyilir:

"ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti (bundan sonra “İştirakçılar” adlandırılacaq) aşağıdakı razılıqlara gəliblər:

I. Məqsəd

Bu Anlaşma Memorandumunun (bundan sonra – “AM”) məqsədi enerji, ticarət və tranzit sahələrinə diqqət yetirən strateji işçi qrupunun yaradılmasıdır. İşçi qrupu İştirakçılar arasında strateji əlaqələrin möhkəmləndirilməsinə yönələn altı aylıq müddətə Xartiya hazırlayacaq.

II. Əməkdaşlıq Sahələri

İştirakçılar bir sıra sahələrdə əməkdaşlıq etməyi nəzərdə tutur, o cümlədən:

* Enerji sərmayələrinin və regional əlaqəlilik infrastrukturunun genişləndirilməsi;
* Müdafiə və antiterror əməkdaşlığının gücləndirilməsi;
* Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi;
* Süni intellekt üzrə tərəfdaşlıqların və rəqəmsal infrastruktur sərmayələrinin inkişafı.

III. Ümumi Şərtlər

1. Bu Anlaşma Memorandumu İştirakçılar tərəfindən imzalandığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədə qalır. İştirakçılar qarşılıqlı razılıqla onun müddətini uzada bilərlər. Hər hansı bir İştirakçı yazılı bildirişlə digər İştirakçıya altmış (60) gün əvvəl məlumat verməklə iştirakını dayandıra bilər. Bildiriş diplomatik kanallar vasitəsilə çatdırılır.

2. Layihələrin müddəti: Əksinə qərar qəbul edilmədikcə, bu Anlaşma Memorundumun dayandırılması artıq başlanmış və davam edən layihələrə və fəaliyyətlərə təsir göstərmir.

Dəyişikliklər: İştirakçılar qarşılıqlı yazılı qərarla bu Memorandumu dəyişdirilə bilərlər.

Memorandumun təsiri: Bu Memorandum beynəlxalq hüquq və ya daxili qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu Memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu Memorandum çərçivəsində İştirakçılar arasında əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi təfsir edilməsi nəzərdə tutulmur. Hər bir İştirakçının bu Memorandumla bağlı çəkdiyi bütün xərcləri özü tərəfindən qarşılaması gözlənilir. İştirakçılar bu Memorandumu İştirakçılar arasında bu Memorandum imzalanmazdan əvvəl və ya sonra bağlanmış razılaşmalara xələl gətirmədən icra etmək niyyətindədirlər. Bu Memorandumda heç nəyin eksklüziv işçi münasibəti kimi təfsir edilməsi nəzərdə tutulmur.

Vaşinqton şəhərində, 8 avqust 2025-ci il tarixində, ingilis dilində iki orijinal nüsxədə imzalanıb".

Məqalədə: #Azərbaycan #ABŞ #ABŞ Dövlət Departamenti #anlaşma #memorandum #anlaşma memorandumu #ABŞ höküməti #Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.