4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Çin parlamentləri arasında fikir mübadiləsi aparılıb

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

15 Sentyabr 2025 18:30
Azərbaycan və Çin parlamentləri arasında fikir mübadiləsi aparılıb

Bakı. AzerVoice

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə spiker Sahibə Qafarova Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.

Spiker bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında dövlət başçıları arasında yüksək səviyyədə həyata keçirilən görüşlərin və imzalanmış sənədlərin mühüm rolu var. Qeyd edilib ki, Prezident İlham Əliyevin Çinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsində tarixi mərhələni təşkil edir.

Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını müdafiə edirlər.

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında qurulan müntəzəm təmasların ikitərəfli siyasi münasibətlərin inkişafında rolundan, Azərbaycanın Çin Xalq Respublikası sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyata keçirdiyi layihələrdən, eyni zamanda “Orta Dəhliz”in inkişafı istiqamətində birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Söhbət zamanı iqtisadi, ticarət, humanitar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsindən məmnunluq ifadə olunub, iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin inkişafının ölkələrimizə və xalqlarımıza verdiyi töhfələr vurğulanıb.

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qrupları mühüm rol oynayır.

Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Hui Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və bu barədə təəssüratlarını bölüşüb. Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində birgə fəaliyyət, Çin iqtisadiyyatının inkişaf istiqamətləri və ikitərəfli münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.

Söhbət zamanı qonaq Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin fəaliyyəti, strukturu, partiyaların təmsilçiliyi, Çinin siyasi sistemi barədə məlumat verib. O, Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Məqalədə: #Azərbaycan #Çin

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.