13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

2 Oktyabr 2025 12:58
Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb

BAKI, AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova Keyptaun şəhərində "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri özünün bu ilin mayında İspaniyaya ilk rəsmi səfərini və Deputatlar Konqresinin sədri ilə görüşünü xatırlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaratdığını, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini qeyd edib.

Söhbət zamanı qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin parlament nümayəndə heyətləri arasında təmasların əlaqələrimizə müsbət töhfə verə biləcəyi qeyd edilib.

Spiker Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deputatlar Konqresinin sədri Fransina Armenqol Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə təbrik edərək, İspaniyanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımları dəstəklədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri ilə görüşüb
Məqalədə: #Milli Məclis #İspaniya #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.