8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bakıda erməni hərbçilərin məhkəməsində zərərçəkmiş əsirlikdə yaşadıqlarını danışib

Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində zərərəçəkmiş şəxs İlham Məmmədov ifadə verib.

2 Oktyabr 2025 14:40
Bakıda erməni hərbçilərin məhkəməsində zərərçəkmiş əsirlikdə yaşadıqlarını danışib

BAKI, AzerVoice

Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində zərərəçəkmiş şəxs İlham Məmmədov ifadə verib.

AzerVoice xəbər verir ki, o, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən, posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. O, həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs dövlət ittihamçılarının suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: "O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəfə idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər".

İ.Məmmədov Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işağlı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L. Mnatsakanyanı əvvəllər tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. "Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi".

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orda hərbi kafedra var idi".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Məqalədə: #Azərbaycan #Ermənistan #erməni terroru #Bakı Hərbi Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.