14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova

Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən, şahidlik edən hər kəsin həyatında öz izini buraxıb.

11 Oktyabr 2025 15:22
Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova

BAKI, AzerVoice

Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən, şahidlik edən hər kəsin həyatında öz izini buraxıb.

AzerVoice xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova "Eşidilməyən səslər" layihəsi çərçivəsində işıq üzü görən "İşığa doğru" filminin təqdimat mərasimində çıxışı zamanı deyib.

"İşığa doğru" sənədli filmi Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın - Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb. Layihənin əsas məqsədi müharibə qurbanı olan azərbaycanlı qadınların zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaqdır.

Millət vəkili bildirib ki, 17 dəqiqəlik "İşığa doğru" filmi çox təsirlidir:

"Çünki filmdə danışılanları biz də öz həyatımızda, taleyimizdə hiss etmişik. Keçmiş məcburi köçkünlərin çox amansızcasına öz doğma yurd-yuvalarından didərgin salındıqlarının şahidi olmuşuq, şəhidlərimizin, qazilərimizin faciələri ilə üzləşmişik. Bütün bunların hamısını 17 dəqiqəyə sığışdırmaq böyük yaradıcılıq məharətidir. Bu film gələcək nəsillərə çox tutarlı bir mesajdır. Həmin 17 dəqiqə bundan sonra neçə yüzilliklər boyu gənclərin təfəkküründə qalibiyyət ruhunu yaşatmaq üçün böyük bir əsas yaradacaq".

Parlamentin üzvü Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olduğu müddətdə daha faciəli insan taleləri ilə rastlaşdığını vurğulayıb:

"Amma həmin insanlar heç vaxt faciələrini danışmaq istəmirdilər. Çünki cəmiyyətə ikinci dəfə bu psixoloji travmanı yaşatmaq istəmirdilər. Filmdə bəhs edilən çox faciəli taledir, lakin sondakı səhnədə xanımın üzündəki o işıq, təbəssüm və məmnunluğu xüsusilə qeyd etmək istəyirəm".

Sevil Mikayılova qeyd edib ki, cəmiyyət olaraq sülhün, qələbənin qədrini bilməyik.

"Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə bu tarixi missiyanı böyük şərəflə yerinə yetirdiyinə görə bir daha minnətdarlığımızı bildirməliyik. Çünki bu cür faciələr, zülmət, qaranlığın üzərindən keçib işığa doğru gəldik", - deyə o fikrini yekunlaşdırıb.

Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova
Məqalədə: #Sevil Mikayılova #Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.