8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüşüb.

30 Oktyabr 2025 18:10
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb

BAKI,AzerVoice

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafı üçün güclü zəmin yaratdığı xüsusi vurğulanıb.

R.Məmmədov Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edərək, iki qardaş ölkə arasında dini sahədə əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qorunmasına və dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət nəticəsində ölkəmizdə insanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur. R.Məmmədov qeyd edib ki, dini konfessiyalar arasında qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus və uğurlu modeli formalaşıb. O, bu modelin dini icmaların fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, dini maarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, həmçinin müasir çağırışlara uyğun təşəbbüslərin səmərəli icrasında əhəmiyyətli rol oynadığını bildirib.

Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığı sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə multikulturalizm, tolerantlıq sahələrində layihələrin həyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasında elmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə görüşüb
Məqalədə: #Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) #Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) #Türkiyə Diyanət İşləri İdarəsi #Ramin Məmmədov #Safi Arpaguş #Türkiyə Diyanət Akademiyası #Rəşad Məmmədov

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

21 Avqust 10:52
Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır
Türk Dövlətləri

Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

20 Avqust 11:40
Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib
Cəmiyyət

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

3 Avqust 18:32
Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
Cəmiyyət

Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

20 İyul 18:04

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.