5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib

MDB dövlətlərinin Məşvərət Şurasının iclasında Azərbaycanda aparılan sosial islahatların uğurları barədə məlumat verilib

31 Oktyabr 2025 18:34
MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib

BAKI,AzerVoice

MDB dövlətlərinin Məşvərət Şurasının iclasında Azərbaycanda aparılan sosial islahatların uğurları barədə məlumat verilib

İclasda ölkəmizdə əmək münasibətlərində rəqəmsal transformasiyanın tətbiqinə dair təqdimat edilib.

Özbəkistanın Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 38-ci iclası keçirilib.

İclasda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil ediblər.

Rəşad Mustafayev iclasda çıxış edərək, son illər Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. O, ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması, o cümlədən proaktiv xidmətlərin yaradılması istiqamətində son illər əldə edilən mühüm nailiyyətləri diqqətə çatdırıb.

Nazir müavini həmçinin “Əmək münasibətlərində rəqəmsal transformasiyanın tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Azərbaycanda əmək və məşğulluq sahələrində yaradılmış elektron xidmətlər, 2022-ci ildə istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan və rəqəmsal kadr uçotu sisteminə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri barədə məlumat verilib. Bu platforma üzərindən əmək müqavilələrinin elektronlaşdırıldığı diqqətə çatdırılıb.

Ölkəmizdə sosial sahədə tətbiq edilən rəqəmsal həllər iclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və müsbət qiymətləndirilib.

Qeyd edək ki, MDB çərçivəsində əmək və sosial müdafiə sahəsində aparılan təcrübə mübadilələri bu sahədə əməkdaşlığın genişlənməsinə, eləcə də ortaq çağırışlara birgə və dayanıqlı həllərin formalaşdırılmasına töhfə verir.

MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib
Məqalədə: #Özbəkistan #MDB #Daşkənd #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #sosial islahatlar #Rəşad Mustafayev #Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti #Vəli Quliyev

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.