İlin ilk ayında gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Son bir ildə əmək sahəsi üzrə 110 dövlət standartı hazırlanaraq təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə əməyin təhlükəsizliyi ilə bağlı dövlət standartlarının hazırlanması işlərini davam etdirir. Ötən il daha 110 dövlət standartı hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.
MDB iclasında Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib
MDB dövlətlərinin Məşvərət Şurasının iclasında Azərbaycanda aparılan sosial islahatların uğurları barədə məlumat verilib