9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlı iqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün hökumət qarşısında qoyduğu vəzifələrə çatmaq üçün çox etibarlı sənəd olacaq.

6 Noyabr 2025 15:30
Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

BAKI,AzerVoice

Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlı iqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün hökumət qarşısında qoyduğu vəzifələrə çatmaq üçün çox etibarlı sənəd olacaq.

AzerVoice xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, maliyyə nazirinin çıxışında bəhs etdiyi əsaslı xərclərin effektivliyinin daha önəmli olması məsələsini dəstəkləyir:

“Düşünürəm ki, məhz bu aspektdən 2026-cı il dövlət büdcəsinin reallaşması, həm də regionlarda mövcud olan problemlərin həllində əsas amil olacaq”.

Parlamentari çıxışında büdcənin tərtibatında beynəlxalq gündəlikdə istifadə olunan bir sıra yeniliklərdən söz açıb:

“Xüsusilə təklif edirəm ki, növbəti illərdə dövlət büdcəsinə “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı ayrıca bölmələr əlavə edilsin. BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında da artıq “mavi iqtisadiyyat” termini geniş şəkildə tətbiq olunur.

Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün ciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda digər su hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə rastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində "mavi iqtisadiyyat"la bağlı bölmələrə yer verirsə, Azərbaycanın da gələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırması faydalı olar”.

Sevil Mikayılova qeyd edib ki, 2026-cı il dövlət büdcəsi kifayət qədər düşünülmüş, çevik və müasir çağırışlara cavab verən sənəddir və bu layihəni dəstəkləyəcək.

Məqalədə: #Prezident İlham Əliyev #Milli Məclis #Sevil Mikayılova #Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU #Dövlət büdcəsi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.