10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

17 Noyabr Milli Dirçəliş Günü:Bakıda Sovet dövrünün ən böyük kütləvi hərəkatı

17 Noyabr Milli Dirçəliş Günü – Can Azərbaycanın xalqının müstəqillik hərəkatının dönüş nöqtəsidir.

17 Noyabr 2025 11:08
17 Noyabr Milli Dirçəliş Günü:Bakıda Sovet dövrünün ən böyük kütləvi hərəkatı

BAKI, AzerVoice, Nailə Babazadə

17 Noyabr Milli Dirçəliş Günü – Can Azərbaycanın əsil xalqının Ermənistanın ərazi iddialarına və Qarabağ bölgəsində həyata keçirdiyi soyqırımı və zülmlərə qarşı, həmçinin bu zülmə səssiz qalaraq dəstək verən Sovetlər Birliyinə qarşı başladığı müstəqillik hərəkatının dönüş nöqtəsidir!

17 Noyabr 1988, Bakıda milyonların iştirakı ilə keçirilən və düz 17 gün davam edən, Sovetlər Birliyi dövrünün ən böyük kütləvi hərəkatı kimi tarixə düşən Dirçəliş Mitinqinin keçirildiyi gündür.

Şəhid atası Xəlil Rza Ulutürkün Azərbaycan türklərinin qəlbində səslənən:

“Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi;
İstəyirəm
Səma kimi,
Günəş kimi,
Cahan kimi!”

bu hayqırtısı Azərbaycan türklərinin azadlıq bəyannaməsi olmuşdu.

Tarix boyunca əsarəti rədd edən Türk milləti 17 Noyabr 1988-də Bakı meydanlarında yenidən “Ya İstiklal, Ya Ölüm” deyərək, şanlı mübarizə tariximizə qızıl hərflərlə yazılmış bir səhifə daha əlavə etdi.

Can Azərbaycanın qəhrəman xalqı – qadını, gənci, yaşlısı – ayağa qalxaraq başladığı bu diriliş hərəkatı ilə təkcə öz müstəqillik mübarizəsini deyil, həm də SSRİ-də əsarət altında yaşayan bütün xalqların azadlıq alovunu yandırdı.

Bakıda günlərlə davam edən bu müstəqillik mitinqləri Sovet Rusiyasının qırmızı rejiminə qarşı bölgədə və dünyada yüksələn azadlıq, milli iradə və tam müstəqillik məşələsinin fitilini alovlandırdı; bu günkü güclü Azərbaycan dövlətinin təməli məhz o günlərdə qoyuldu.

Kökündən, imanından və damarlarındakı əsil qandan güc alaraq haqsıza, ədalətsizə, işğalçıya və soyqırımçıya “dayan” deməyi bacaran Can Azərbaycanın qəhrəman övladları bu tarixi qiyamı hər il 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd edirlər.

Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamında ifadə etdiyi kimi, Türkiyədəki qardaşları olaraq biz də bu şanlı günü keçmişimizə, gələcəyimizə və birliyimizə sarsılmaz inamla birlikdə qeyd edirik.

Azərbaycanın tarix səhnəsində var olduğu gündən bu günə qədər azadlıq, torpaq və dövlət müstəqilliyi uğrunda canını fəda etmiş bütün şəhidlərimizi; Azərbaycan Xalq Cümhuriyyətinin ilk Prezidenti Məmməd Əmin Rəsulzadəni, Azərbaycanın 2-ci Prezidenti Əbülfəz Elçibeyi, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevi rəhmət, minnət və ehtiramla anırıq.

BMT qərarlarına baxmayaraq Azərbaycanın öz torpağı olan Qarabağda təxminən 30 il davam edən haqsız erməni işğalına 44 günlük möhtəşəm zəfərlə son qoyan, ardından keçirdiyi 24 saatlıq antiterror əməliyyatı ilə erməni terror təşkilatlarını diz çökdürən və bu zəfəri sahədə və masada böyük uzaqgörənlik və dövlət ağlı ilə qazanan, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və qəhrəman Azərbaycan türklərinin 17 Noyabr Milli Dirçəliş Gününü ən səmimi arzularımızla təbrik edir, hörmətlə salamlayırıq.

Ey qəhrəman övladın yurdu, şanlı vətən Can Azərbaycan; üçrəngli bayrağınla hər zaman yaşa!

Yalçın Topçu
Türkiyə Prezidentinin baş müşaviri

Məqalədə: #Yalçın Topçu #Azadlıq Bəyannaməsi #Milli Dirçəliş Günü #Azərbaycan azadlığı #Qarabağ işğalı #Bakıda Dirçəliş Mitingi #Azərbaycan tarixində önəmli gün #Müstəqillik hərəkatı #Azərbaycan türkləri #SSRİ dövründə azadlıq hərəkatı #Dəyərli torpaq uğrunda mübarizə

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.