Azərbaycanın Milli Dirçəliş Gününü qürurla qeyd edirik - Türkiyə MN
Türkiyənin Milli Müdafiə Nazirliyi 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir sosial media hesabında yayımladığı paylaşımda Azərbaycanın 37 il əvvəl başlayan milli dirçəliş ruhunu və Qarabağda əldə olunan böyük qələbəni xüsusi vurğulayıb. Nazirlik sosial media hesabında yayımladığı paylaşımda Azərbaycanın 37 il əvvəl başlayan milli dirçəliş ruhunu və Qarabağda əldə olunan böyük qələbəni xüsusi vurğulayıb. “37 il əvvəl milli diriliş ruhu ilə müstəqilliyə doğru yürüyən və Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Günü’nü təbrik edir, ‘Bir millət, iki dövlət’ şüarı ilə hər zaman bir və bərabər olacağımızı bir daha bəyan edirik.” - deyə paylaşımda qeyd edilir.
17 Noyabr Milli Dirçəliş Günü:Bakıda Sovet dövrünün ən böyük kütləvi hərəkatı
17 Noyabr Milli Dirçəliş Günü – Can Azərbaycanın xalqının müstəqillik hərəkatının dönüş nöqtəsidir.