10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb. Bildirilib ki, Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimi qiymətləndirilib, tədbirdə 2500 mütəxəssisin iştirak etdiyi qeyd olunub. Konfrans çərçivəsində Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılışının əhəmiyyətinə toxunularaq Mərkəzin region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlik ifadə olunub.

21 Noyabr 2025 17:48
Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 21-də Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin ilə görüşüb.

Nazirlər Kabinetindən AzerVoice-ə verilən məlumata görə, görüşdə Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimi qiymətləndirilib, tədbirdə 2500 mütəxəssisin iştirak etdiyi qeyd olunub.

Konfrans çərçivəsində Bakı şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılışının əhəmiyyətinə toxunularaq Mərkəzin region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlik ifadə olunub.

Azərbaycanda İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının, süni intellektin inkişaf etdirilməsi, rəqəmsal infrastrukturun genişləndirilməsi, kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi sahələrində görülən ardıcıl tədbirlər barədə söhbət açılıb.

Bildirilib ki, Prezident İlham Əliyev İKT sektorunun inkişafını ölkəmizdə prioritet istiqamət elan edib. Cari ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası təsdiq edilib.

Azərbaycanın bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutduğu diqqətə çatdırılıb.

Yüksək texnologiyaların inkişafının "ağıllı şəhər/ağıllı kənd” konsepsiyasının tətbiqinə zəmin yaratdığı diqqətə çatdırılıb, hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində bu konsepsiyaya əsaslanan unikal və innovativ şəhərsalma modelinin geniş tətbiqi barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron hökumət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq təcrübəsinin xüsusilə rəqəmsal idarəetmə, rəqəmsal bacarıqların artırılması sahəsində tətbiqinin ölkəmiz üçün faydalı olacağı qeyd edilib.

Eyni zamanda Azərbaycan nümayəndələrinin Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər orqanlarında və işçi qruplarında təmsilçiliyinin artırılması, xüsusilə İttifaqın Şurasında ölkəmizin üzvlüyünün növbəti müddətə uzadılması və ikitərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb
Məqalədə: #Azərbaycan #Bakı #Əli Əsədov #Baş nazir Əli Əsədov #telekommunikasiya #İkitərəfli münasibətlərin inkişafı #İkitərəfli görüşlər #Beynəlxalq Telekommunikasiya İttifaqı

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.