13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

Ruben Vardanyanın məhkəmə prosesi dekabrın 1-də davam etdirilib.

1 Dekabr 2025 19:57
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 1-də davam etdirilib.

AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Səbuhi Tağıyevin hüquqi varisi Sərdar Tağıyev qardaşının Laçında düşmən atəşi nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Zəka Vəliyev qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Allahverdi Səfiyev və Elnur Kərimov həlak olub, o və Rəsul Ağayev isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Vahid Alcanov bildirib ki, düşmənin genişmiqyaslı təxribatı nəticəsində Laçın rayonu ərazisinə atılan minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, o və daha bir neçə şəxs yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs Elgün İsmayılov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən avtomat silahlardan açılan atəşlər nəticəsində o və Səfər Hüseynquliyev xəsarət alıblar.

Zərərçəkən Bəxtiyar Hüseynov bildirib ki, Kəlbəcər rayonu istiqamətində düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığında partlaması nəticəsində xəsarət alıb. Təxribat zamanı ondan başqa yaralananlar da olub.

Zərərçəkmiş Nüsrət Orucov qeyd edib ki, Kəlbəcərdə düşmən tərəfindən atılan əl qumbarasının yaxınlığına düşüb partlaması nəticəsində çiynindən yaralanıb.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Cavid Xosiyev bildirib ki, Ağdam-Xocalı istiqamətində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Cavad Quliyev müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Nihad Seyidzadə vurğulayıb ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən açılmış atəşlər nəticəsində o, Murad Hüseynov və Rəvan Ağazadə müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Bəylər Kərimov ifadəsində Ağdam-Xocalı istiqamətində düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

AzerVoice xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Məqalədə: #Ermənistan #Ruben Vardanyan #Müharibə cinayətləri #Bakı Hərbi Məhkəməsi #Dövlət Təhlükəsizliyi Xidməti #Zeynal Ağayev #Günel Səmədova #Camal Ramazanov #Anar Rzayev #terrorçuluq #terrorçuluğu maliyyələşdirmə #Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.