13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub

Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoara meri Dominik Fritslə rəsmi görüş keçirib.

6 Dekabr 2025 16:33
Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub


BAKI, AzerVoice

5 dekabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiada olan “Rumıniya Xilaskərlar Birliyi” (USR) partiyasının sədri Dominik Frits ilə rəsmi görüş keçirib. Görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.

Bu barədə AzerVoice-a səfirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Səfir Qudsi Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq, bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq, iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.

Öz növbəsində mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin, şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı, və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq, bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.

Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad Bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində səfir XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini ziyarət edib.

Bundan əlavə, Timişoaraya səfər çərçivəsində səfir Qüdsi Osmanov Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan "Inokentsiu Klein" “Qocalar Evi”ni də ziyarət edib. Azərbaycanlı diplomat “Qocalar evi”nin sakinləri ilə səmimi söhbət aparıb, onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram hədiyyələri, şirniyyatlar təqdim edib.

Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru, memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə 1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.

Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub Qüdsi Osmanovun Rumıniyanın Timişoara şəhərinə rəsmi səfəri baş tutub
Məqalədə: #Azərbaycan #Rumıniya #Qüdsi Osmanov #Dominik Frits #Rumıniya Xilaskərlar Birliyi (USR) #Timişoara

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.