12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb

Adil Kərimli və Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub.

9 Dekabr 2025 18:06
Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımız “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə ev sahibliyi edir.

AzerVoice xəbər verir ki, mötəbər tədbirlə əlaqədar 50-dək ölkədən rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye üzrə ekspertlərdən ibarət 300-dən çox qonaq Azərbaycana təşrif buyurub.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində beynəlxalq tədbirin rəsmi açılış mərasimindən sonra mədəniyyət naziri Adil Kərimli ilə İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub.

Qonağı salamlayan nazir belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İƏT-in rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının İƏT-lə əlaqələri strateji əhəmiyyət daşıyır.

Festivalın əhəmiyyətini qeyd edən nazir deyib ki, bu layihə İslam dünyasında mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platformadır.

Tariq Ali Bakhit görüşə, festivalın yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. İƏT rəsmisi Azərbaycanın İslam dünyasında həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə mühüm töhfələr verdiyini məmnunluqla diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub, birgə foto çəkdirilib.

Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb Mədəniyyət naziri Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşüb
Məqalədə: #Heydər Əliyev Fondu #Bakı Konqres Mərkəzi #İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 #İslam Əməkdaşlıq Təşkilatı (İƏT) #zərbaycan Respublikasının Mədəniyyət Nazirliyi #Tariq Ali Bakhit #Adil Kərimli və Tariq Ali Bakhit arasında ikitərəfli görüş olub

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.