9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib

Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşü keçirilib.

11 Dekabr 2025 10:27
Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib

BAKI, AzerVoice

Dekabrın 10-da Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşü keçirilib.

AzerVoice-un məlumatına görə, görüşün məqsədi parlament seçkilərindən sonra yeni formalaşan dostluq qrupunun üzvləri ilə səfirin tanışlığı olub.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafına dair geniş müzakirələr aparılıb. İki ölkə arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində təcrübə mübadiləsinin davam etdirilməsi, qarşılıqlı səfərlərin artırılması və bu sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

İşçi qrupunun rəhbəri Kamran Bayramov məlumat verib ki, həm 2024-cü il, həm də 2025-ci il Azərbaycan və Latviya arasında münasibətlərin genişlənməsi baxımından olduqca zəngin və əlamətdar olub.

2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub və bu çərçivədə hər iki ölkədə siyasi, iqtisadi və humanitar tədbirlər təşkil edilib, qarşılıqlı səfərlər həyata keçirilib.

Vurğulanıb ki, xüsusilə bu il iki ölkə arasında münasibətləri təşviq edən qarşılıqlı səfərlər baş tutub.

Bu ilin mayında Latviyanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edərək kənd təsərrüfatı və qida sənayesi sərgilərində iştirak edib. Avqustda isə Latviyanın səhiyyə naziri ölkəmizdə səfərdə olub, qastroenterologiya konqresində iştirak edib və Milli Məclisdə Dostluq Qrupunun üzvləri ilə görüş keçirib. Bir neçə gün əvvəl isə Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada işgüzar səfərdə olub, çox sayda görüşlər keçirib, Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirilib. Milli Məclis və Latviya Seymi arasında əlaqələrin genişlənməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentarilərin beynəlxalq platformalarda bir-birinin mövqeyini dəstəklənməsi ön plana çəkilib.

Latviya səfirinə Azərbaycanda və regionda baş verən proseslər, Azərbaycan–Ermənistan sülh gündəliyinin təşviq edilməsi, Vaşinqton Sammiti və onun nəticələri, işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də “Böyük Qayıdış” Dövlət Proqramının icrası barədə ətraflı məlumat verilib. Səfir sülh gündəliyinin, sülhün bərqərar olmasının region üçün siyasi, iqtisadi və humanitar əhəmiyyəti barədə də məlumatlandırılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan millət vəkilləri Sevil Mikayılova, Elçin Mirzəbəyli, Azər Allahverənov, Mahir Süleymanlı, Malik Həsənov, Aydın Hüseyov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib Milli Məclisdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı, qida sənayesi və səhiyyə sahələrində əməkdaşlıq müzakirə edilib
Məqalədə: #Azərbaycan #Milli Məclis #Latviya #Sevil Mikayılova #Elçin Mirzəbəyli #Edqars Skuya #Azər Allahverənov #Mahir Süleymanlı #Malik Həsənov #Aydın Hüseyov

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.