6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb.

12 Dekabr 2025 23:09
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

BAKI, AzerVoice

12 dekabr tarixində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Latviyadakı Səfirliyində anım tədbiri keçirilib.

Azərbaycanın Latviyadakı Səfirliyindən AzerVoice-a verilən məlumata görə, öncə, Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub və onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək, müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolundan və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edib. Səfir Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqını müstəqilliyə qovuşdurmuş, sabitlik və inkişafa aparmış tarixi şəxsiyyət olduğunu və onun siyasətinin layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu və qüdrətli dövlətə çevrildiyini diqqətə çatdırıb.

Səfir Ümummilli Liderin ölkəmizin çoxşahəli və tarazlı xarici siyasətinin əsasını qoyduğunu, o cümlədən Azərbaycan-Latviya əlaqələrinin banisi olduğunu və ötən dövr ərzində ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

E.Sultanov 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan olunduğunu diqqətə çatdıraraq, Ulu Öndərin 1995-cil ildə qəbul olunmuş Konstitusiyanın hazırlanmasında misilsiz əməyini vurğulayıb və bunun ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyini söyləyib. O, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Sonra Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov çıxış edib. O, Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasını və tarixi Vətənlə əlaqələrinin güclənməsini özündə ehtiva etdiyini qeyd edərək, Heydər Əliyevin diaspor quruculuğundakı müstəsna rolundan bəhs edib.

Daha sonra Latviyada fəaliyyət göstərən “Azəri Vəhdət” cəmiyyətinin sədri Əlirza Hüseynov çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin xalqımızı mürəkkəb sınaqlardan uğurla çıxartdığını vurğulayaraq, onun xilaskarlıq missiyasından danışıb.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb
Məqalədə: #Latviya #Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib
Digər Dövlətlər

Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

5 İyun 22:18
Latviyanın Baş Naziri istefa verdi
Digər Dövlətlər

Latviyanın Baş Naziri istefa verdi

14 May 14:51
Tarixdə bu gün – 9 May
Tarixdə bu gün

Tarixdə bu gün – 9 May

9 May 00:01
Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb

23 Aprel 11:38

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.