11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

26 Dekabr 2025 20:38
Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

BAKI,AzerVoice

Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

AzerVoice xəbər verir ki, Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə Azərbaycan ilə BMT arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın, eyni zamanda nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Ölkəmizin COP29-a ev sahibliyi ilə yanaşı, yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüslərlə qlobal iqlim gündəliyində liderliyini möhkəmləndirdiyi qeyd olunub. Xüsusilə Azərbaycanın COP30-da elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 % azaldılması öhdəliyini nəzərdə tutan yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”si (NDC) yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin “DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi”nin hazırlanmasına toxunulub. Gələn ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji üzrə yan tədbirin təşkilinə hazırlıq məsələləri də müzakirə edilib.

Söhbət zamanı “UNIDO-İƏT Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, hidrogen konsepsiyası, regionlararası elektrik enerjisi üzrə interkonnektor layihələri, eləcə də neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. BMT ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan tədbirlər nəzərdən keçirilib.

Məqalədə: #COP29 #Energetika Nazirliyi #COP30 #BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi #Energetika naziri Pərviz Şahbazov #Vladanka Andreyeva #enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) #Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi (NDC) #DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi #UNESCAP-ın 82-ci Sessiyası #UNIDO-İƏT Təmiz Enerji Mərkəzi #Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.