10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşüb

19 Dekabr 2023 18:28
Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşüb

Bakı. AzerPress:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib.

Xarici İşlər Nazirliyindən AzerPress-ə bildirilib ki, görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı tərəflər Əfqanıstanda sülh və sabitliyin əhəmiyyətini vurğulayıblar. İƏT Baş katibinin nümayəndəsi Əfqanıstan üzrə təmasları və görüşləri, eləcə də Təşkilatın bölgədə planları barədə ətraflı məlumat verib.

Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izləndiyi vurğulanıb.

Tərəflər eyni zamanda, ölkəmiz ilə İƏT arasında mövcud humanitar, sosial və mədəni əməkdaşlıqdan məmnun olduqlarını bildirib, birgə mədəni tədbirlər üzrə planlar ilə bölüşüblər.

Tərəflər eyni zamanda, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşüb Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşüb Ceyhun Bayramov İƏT baş katibinin müavini ilə görüşüb
Məqalədə: #Ceyhun Bayramov #İƏT #Əfqanıstan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
18:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.