10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Hindistanda müstəmləkə irsi azlıqların gələcəyi üçün ciddi təhlükə yaradır - Siqh Federasiyası

Hindistanda dini və etnik azlıqların üzləşdiyi repressiyalar beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.

16 Yanvar 2026 11:05
Hindistanda müstəmləkə irsi azlıqların gələcəyi üçün ciddi təhlükə yaradır - Siqh Federasiyası

BAKI, AzerVoice, Orxan Qədirzadə

Hindistanda dini və etnik azlıqların üzləşdiyi sistemli repressiyalar beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.

AzerVoice xəbər verir ki, Siqh Federasiyasının sədri Bual Maninder Siqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Hindistanın müstəmləkə dövründən miras qalmış idarəçilik yanaşmaları bu gün də xristianlar, müsəlmanlar, dalitlər, siqhlər və digər dini-etnik qrupların gələcəyi üçün ciddi təhlükə yaradır.

Maninder Siqh qeyd edib ki, ölkədə milli azlıqlara qarşı qanunsuz həbslər, məhkəmə qərarları olmadan həyata keçirilən edamlar, məcburi yoxa çıxmalar, qadınlara qarşı cinsi zorakılıq halları və mülki şəxslərə qarşı hücumlar mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, bu hallar təsadüfi deyil və onilliklər ərzində davam edən dövlət siyasətinin nəticəsidir.

Siqh Federasiyasının sədri vurğulayıb ki, sözügedən faktlar Hindistan dövlətinin azlıqlara qarşı sərt və sistemli repressiya siyasətinin bariz nümunəsidir. O bildirib ki, bu yanaşma yalnız insan hüquqlarının pozulmasına deyil, eyni zamanda cəmiyyət daxilində dərin sosial parçalanmaya və uzunmüddətli sabitliyin pozulmasına səbəb olur.

Maninder Siqh beynəlxalq ictimaiyyəti Hindistanda milli azlıqların üzləşdiyi real vəziyyətə biganə qalmamağa çağırıb və baş verən hüquq pozuntularının beynəlxalq mexanizmlər çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb.

Məqalədə: #Siqh Federasiyası Hindistanda azlıqların gələcəyi ilə bağlı xəbərdarlıq etdi #Maninder Siqh: Müstəmləkə irsi repressiyaları dərinləşdirir #Hindistanda dini və etnik azlıqlara qarşı zorakılıq davam edir #Bakıda Hindistanın azlıqlara siyasəti sərt tənqid olundu #Siqh lideri məhkəməsiz edamlar barədə danışdı #Hindistanda azlıqlara qarşı repressiyalar beynəlxalq gündəmdə #Sih Federasyonu Hindistan’daki azınlıklar için uyardı #Maninder Singh: Sömürge mirası baskıyı artırıyor #Hindistan’da dini ve etnik azınlıklara şiddet sürüyor #Bakü’de Hindistan’ın azınlık politikası eleştirildi #Sih liderinden yasa dışı infaz iddiaları #Hindistan’daki azınlık hakları uluslararası gündemde

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.