8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM Azərbaycanı Davosda təmsil edəcək.

16 Yanvar 2026 21:11
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

BAKI, AzerVoice, Orxan Qədirzadə

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM Azərbaycanı Davosda keçiriləcək nüfuzlu qlobal platformada təmsil edəcək.

AzerVoice xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi 19–23 yanvar 2026-cı il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında iştirak edəcək. İllik Toplantının əsas məqsədi qlobal dialoq vasitəsilə iqtisadi inkişafın sürətləndirilməsi, enerji keçidinin təşviqi, rəqəmsal transformasiyanın genişləndirilməsi və uzunmüddətli dayanıqlılıq üzrə birgə həllərin formalaşdırılmasıdır.

Bildirilib ki, 4SİM Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycandakı rəsmi mərkəzi olmaqla MDB regionunda ilk, dünya üzrə isə 24 belə mərkəzdən biridir. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal iqtisadiyyat, Sənaye 4.0 və enerji transformasiyası sahələrini əhatə edən 15-dən çox birgə təşəbbüs həyata keçirilir.

Forum çərçivəsində “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: süni intellekt əsaslı sənaye” mövzusunda xüsusi sessiya təşkil olunacaq. Sessiyada enerji sektorunda süni intellekt və rəqəmsal texnologiyaların sənaye miqyasında tətbiqi, əməliyyat səmərəliliyinin artırılması və aşağı karbonlu keçidin sürətləndirilməsi məsələləri müzakirə ediləcək.

Məlumata görə, 4SİM-in icraçı direktoru Fariz Cəfərov Davosda Estoniya hökuməti tərəfindən təşkil olunan “Govtech-in geniş miqyasda tətbiqi: keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, süni intellekt dövrünü idarə etmək” və “Prosperity Path” şirkəti tərəfindən təşkil olunan “Enerji sistemlərinin transformasiyası: süni intellekt, data mərkəzləri və enerji saxlanma həlləri” adlı sessiyalarda spiker qismində çıxış edəcək.

Qeyd olunub ki, Davos Forumu bu il 130 ölkədən 3000-dən çox iştirakçını, o cümlədən 60 dövlət və hökumət başçısını, 900-dən çox şirkət rəhbərini, 1600 biznes liderini, eləcə də beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələrini bir araya gətirəcək. Forum çərçivəsində ümumilikdə 194 sessiyanın keçirilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, 4SİM Dünya İqtisadi Forumunun beş əsas mərkəzi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlıq nəticəsində Forumun rəsmi platformalarında 5 birgə hesabat dərc olunub, həmçinin 10-dan çox birgə beynəlxalq tədbir təşkil edilib.

Məqalədə: #4SİM Davosda Dünya İqtisadi Forumunda təmsil olunacaq #Azərbaycan 4SİM vasitəsilə Davos Forumunda iştirak edəcək #4SİM enerji və rəqəmsal transformasiya gündəmi ilə Davosda #Fariz Cəfərov Davos Forumunda spiker kimi çıxış edəcək #4SİM Dünya İqtisadi Forumunun əsas sessiyalarında yer alacaq #Davosda Azərbaycanın Sənaye 4.0 təşəbbüsləri təqdim olunacaq #4SİM Davos’taki Dünya Ekonomik Forumu’nda yer alacak #Azerbaycan Davos Forumu’nda 4SİM ile temsil edilecek #4SİM enerji dönüşümü gündemiyle Davos’ta #Fariz Ceferov Davos’ta konuşmacı olacak #4SİM yapay zeka ve dijital dönüşümü Davos’ta ele alacak #Azerbaycan Davos Forumu’nda Sanayi 4.0 vizyonunu sunacak

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Səudiyyə Ərəbistanı

Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb

09:00
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib

7 Sentyabr 17:00

Son Xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.