4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan xalqı 20 yanvarda ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı – TÜİB sədri

Azərbaycan xalqı 20 yanvarda ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı.

20 Yanvar 2026 11:52
Azərbaycan xalqı 20 yanvarda ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı – TÜİB sədri

BAKI, AzerVoice

Azərbaycan xalqı 20 yanvarda ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı.

Bunu AzerVoice özəl açıqlamasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi sədri Hüseyn Büyükfırat deyib.

O qeyd edib ki, bu gün Azərbaycan xalqı imperiya düşüncəsini qoruyub saxlamağa çalışanlara və eləcə də bütün dünyaya sübut etdi ki, azadlıq və müstəqillik hər şeyin fövqündədir.

“Azərbaycan xalqına qarşı törədilən bu cinayətdən 36 il keçməsinə baxmayaraq acımız hələ də yenidir”- deyə o bildirib.

H. Büyükfırat qeyd edib ki, Azərbaycan xalqının 20 yanvar günü gösrərdiyi qəhrəmanlıq nümunəsi heç vaxt unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq.

“Bu şanlı tarixi yazan bütün qərhəmanlara Allahadan rəhmət diləyirik” – deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 36-ci ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, SSRİ-nin cinayətkar rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Bu gün isə bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Hüseyn Böyükfırat 20 Yanvar şəhidlərini yad etdi

TÜİB Başkanı Hüseyin Büyükfırat'tan 20 Ocak mesajı

TUIB Chairman Huseyin Buyukfirat on 20 January Black January

Председатель TÜİB Гусейн Бёйюкфырат о трагедии 20 января

رئيس TÜİB حسين بويوك فرات يحيي ذكرى 20 يناير

Le président de la TÜİB rend hommage aux victimes du 20 Janvier

20 yanvar qanlı şənbə tariximiz

huseyin buyukfirat tuib aciqlama

20 yanvar şəhidləri və Hüseyn Böyükfıratın TÜİB müraciəti

20 Ocak Bakü Katliamı Kara Ocak şehitleri anma töreni

Hüseyin Büyükfırat kimdir TÜİB başkanı açıklamaları

Azerbaijan independence day January 20 martyrs

Трагедия 20 января в Баку и независимость Азербайджана

20 yanvar dastanımız

azerbaycan türkiye kardeşliği

tuib başkanı mesajı 2026

Məqalədə: #20 Yanvar #Türkiyəli iş adamları #SSRİ #Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) #Hüseyn Büyükfırat #TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat #TÜİB sədri: Azərbaycan xalqı 20 yanvarda ən böyük qəhrəmanlıq dastanını yazdı #Hüseyn Böyükfırat: 36 il keçsə də #20 Yanvar acımız hələ də yenidir #Azadlıq hər şeyin fövqündədir - Türkiyəli iş adamından 20 Yanvar açıqlaması #20 Yanvar qəhrəmanlığı: İmperiya düşüncəsinə qarşı əyilməz xalq iradəsi

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün - 13 İyul
Tarixdə bu gün

Tarixdə bu gün - 13 İyul

13 İyul 00:01
Bu gün amerikalı 11 yaşlı qız SSRİ-yə diplomatik səfər etdi
Tarixdə bu gün

Bu gün amerikalı 11 yaşlı qız SSRİ-yə diplomatik səfər etdi

7 İyul 03:00
Koreya müharibəsinin dönüş nöqtəsi: ABŞ Prezidenti Harri Trumanın verdiyi qərar münaqişənin taleyini necə dəyişdi?
Tarixdə bu gün

Koreya müharibəsinin dönüş nöqtəsi: ABŞ Prezidenti Harri Trumanın verdiyi qərar münaqişənin taleyini necə dəyişdi?

27 İyun 03:00
Koreya müharibəsi necə başladı? Soyuq müharibənin ilk silahlı toqquşmasının ildönümü
Tarixdə bu gün

Koreya müharibəsi necə başladı? Soyuq müharibənin ilk silahlı toqquşmasının ildönümü

25 İyun 03:00

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.