13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

Ekspertin sözlərinə görə, İran və İsrail arasındakı raket mübadiləsi zamanı İraqdakı proksi qüvvələrin (Həşdü Şabi, Mehdiyyə, Fatimiyyun və s.) prosesə qoşulmamasının əsas səbəbi Azərbaycanın diplomatik səyləri olub.

11 Fevral 2026 12:59
Bakı
İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

Bakı, AzerVoice

İranda mövcud rejim hakimiyyət dəyişikliyi ilə getməsə, nüvə məsələsi yenidən ciddi şəkildə gündəmə gələcək.

AzerVoice xəbər verir ki bunu Bizimyol.info-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib.

Ekspertin sözlərinə görə, İran və İsrail arasındakı raket mübadiləsi zamanı İraqdakı proksi qüvvələrin (Həşdü Şabi, Mehdiyyə, Fatimiyyun və s.) prosesə qoşulmamasının əsas səbəbi Azərbaycanın diplomatik səyləri olub. O qeyd edib ki, Azərbaycanın müdaxiləsi nəticəsində bu qruplaşmalar, eləcə də Livandakı "Hizbullah" İsrail əleyhinə aksiyalardan çəkinib. Lakin politoloq xəbərdarlıq edir ki, yeni bir müharibə dalğası başlayarsa, bu qüvvələrin prosesə qoşulma ehtimalı olduqca yüksəkdir.

Regionu alovlandıra biləcək xəbərdarlıq

Rufiz Hafizoğlu vurğulayıb ki, İran rəsmilərinin "İranla müharibə regionu alovlandıra bilər" bəyanatı onların bu günə qədər dediyi ən doğru fikirdir. Tehranın hazırda maksimum vaxt qazanmağa çalışdığını və nüvə məsələsində müvəqqəti güzəştlərə gedə biləcəyini deyən ekspert, Türkiyənin bu məsələdə əvvəlki kimi vasitəçilik missiyasına yaxın durmamasını önəmli məqam kimi dəyərləndirib:

"Diplomatik güzəştlər ola bilər, lakin İranda sistem dəyişməsə, nüvə ambisiyaları yenidən aktivləşəcək".

Proksi qüvvələrin maliyyə qaynaqları

Politoloq regional qruplaşmaların vəziyyətinə də toxunub. O bildirib ki, HƏMAS hazırda ən ağır dövrünü yaşayır, Husilər isə Donald Trampla olan müəyyən "sövdələşmələr" sayəsində qismən neytrallıqlarını qoruyurlar.

İranın bu qruplaşmalara dəstəyinin rəsmi dövlət büdcəsindən deyil, qeyri-rəsmi yollarla həyata keçirildiyini deyən Hafizoğlu maraqlı faktlar açıqlayıb:

  • Maliyyə vəsaitləri zəkat, sədəqə və ianələr adı altında toplanır.

  • Bəşər Əsəd rejiminin zəifləməsindən sonra "Hizbullah"ın Suriyada qeyri-qanuni bazarları və gəlir mənbələrini idarə etdiyi üzə çıxıb.

  • Toplanan pullar dolayı yollarla Husilərə və digər qruplaşmalara ötürülür.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
13 sentyabrda ərəb coğrafiyasını dəyişən 20 tarixi gerçəklik
09:52
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.