14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bolqarıstanda “Şuşa” parkı salınacaq – Saziş imzalandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına işgüzar səfərdədir.

12 Fevral 2026 09:49
Bakı
Bolqarıstanda “Şuşa” parkı salınacaq – Saziş imzalandı

BAKI,AzerVoice

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasına işgüzar səfərdədir.

Komitədən AzerVoice-ə verilən məlumata görə, səfər çərçivəsində fevralın 11-də paytaxt Sofiya şəhərində Anar Quliyevin Bolqarıstanın regional inkişaf və ictimai işlər naziri İvan İvanovla ikitərəfli görüşü baş tutub.

Bildirilib ki, görüşdə iki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması, infrastrukturun inkişafı və memarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Anar Quliyev Azərbaycanla Bolqarıstan arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayaraq ikitərəfli əlaqələr baxımından qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi prosesinin davam etdirilməsi və ortaq layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətin əhəmiyyətini qeyd edib.

Nazir İvan İvanov isə öz növbəsində Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirərək xüsusilə şəhər mühitinin dayanıqlı inkişafı və infrastruktur layihələrinin icrası istiqamətində birgə təşəbbüslərin önəmini vurğulayıb.

Həmçinin səfər çərçivəsində Komitə sədri Anar Quliyevlə Bolqarıstanın xarici işlər naziri Georg Georgiyev arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-Bolqarıstan münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, regional əməkdaşlıq məsələləri, eləcə də mədəni-humanitar əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

“Şuşa” parkı layihəsinin iki ölkə arasında mədəni və diplomatik münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, bu sənəd “Şuşa” parkının salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən etməklə yanaşı, iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İkitərəfli görüşlərdə cari ilin may ayında Bakı şəhərində baş tutacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının formatı, xüsusiyyətləri və təşkilati məsələləri barədə də məlumat verən Anar Quliyev Bolqarıstan tərəfinin tədbirdə geniş iştirakçılığına dair ümid ifadə edib.

Bolqarıstanda “Şuşa” parkı salınacaq – Saziş imzalandı Bolqarıstanda “Şuşa” parkı salınacaq – Saziş imzalandı Bolqarıstanda “Şuşa” parkı salınacaq – Saziş imzalandı
Məqalədə: #Anar Quliyev #Bolqarıstan

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.