7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

Azərbaycan XİN rəhbəri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış edib.

13 Fevral 2026 22:16
Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi” mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

XİN-dən AzerVoice-a bildirilib ki, nazir Ceyhun Bayramov çıxışı zamanı Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin mövqeyi və xüsusilə də tarixi Vaşinqton sammitindən sonra atılan addımlar, Azərbaycanın regional təhlükəsizlik və sabitlik istiqamətində həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib.

Ermənistana istiqamətlənən yüklərə münasibətdə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycandan Ermənistana neft məhsullarının satışı istiqamətində atılan addımların son onilliklər ərzində görünməmiş dərəcədə sabit mühitin formalaşmasına töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, Ermənistan tərəfindən də yüklərin Azərbaycandan keçməklə üçüncü ölkələrə ixrac edilməsinə müvafiq icazə verilməsinin, beyin mərkəzlərinin nümayəndələrinin və ekspertlərin görüşlərinin əhəmiyyətli etimad quruculuğu tədbirləri olduğu vurğulanıb.

Tərəflər arasında paraflanmış sülh sazişinin imzalanması və normallaşma gündəliyinin daha da irəli aparılması baxımından Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Vaşinqton Bəyannaməsinə uyğun olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin icrasında real irəliləyişin əldə olunmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Cənab Prezident İlham Əliyevin siyasətinin bölgəmizin regional rəqabət və konfrantasiya məkanına çevrilməməsi istiqamətində tədbirlərə kökləndiyini xatırladılıb.

Nazir panel müzakirələrində, həmçinin Azərbaycanın Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı infrastruktur işləri, investisiyaları və regional tərəfdaşlarla normativ-hüquqi əlaqələndirmə tədbirləri barədə məlumat verib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükaşırma prosedurlarının asanlaşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında birgə Yol Xəritəsinin qəbul edildiyi bildirilib, bunun nəticəsində tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azaldığı və yük daşımalarının həcminin artdığı qeyd edilib.

TRIPP təşəbbüsü də daxil olmaqla inklüziv bağlantı layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb, bu çərçivədə Avropa İttifaqının daha fəal iştirak potensialı, Türkiyənin və Gürcüstanın da regional nəqliyyat əlaqələrinin inkişafında vacib rolu qeyd edilib.

Bununla yanaşı, regional bağlantıların inkişafı istiqamətində ölkəmizin Mərkəzi Asiya ilə həyata keçirdiyi birgə layihələr və səylər diqqətə çatdırılıb.

Panel müzakirələri daha sonra sual-cavab sessiyası ilə davam edib.

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi
Məqalədə: #Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu #sülh #Münxen Təhlükəsizlik Konfransı #Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov #Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi #Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik #Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi #Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili #Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

1 Sentyabr 12:18
Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian
İran

Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

25 Avqust 21:16
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət

Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

21 Avqust 19:45

Son Xəbərlər

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.