6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

İranın Azərbaycan ərazisinə hücumu regionda sabitliyi bilərəkdən pozmaq deməkdir - Sevil Mikayılova

S.Mikayılova bildirib ki, bu hücumun bütün siyasi və hüquqi məsuliyyəti birbaşa İran tərəfinin üzərinə düşür.

5 Mart 2026 17:39
İranın Azərbaycan ərazisinə hücumu regionda sabitliyi bilərəkdən pozmaq deməkdir - Sevil Mikayılova

BAKI,VOA

İran ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikası ərazisinə zərbə endirilməsi açıq hərbi təcavüz və terrordur. Hədəflər arasında mülki obyektlərin, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı terminalının olması bu hücumun təsadüfi deyil, planlı və məqsədli xarakter daşıdığını göstərir. Mülki infrastruktura qarşı yönəlmiş zərbələr beynəlxalq humanitar hüququn kobud şəkildə tapdanmasıdır və bunu heç bir siyasi bəhanə ilə əsaslandırmaq mümkün deyil.

Bunu VOA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, bu hücumun bütün siyasi və hüquqi məsuliyyəti birbaşa İran tərəfinin üzərinə düşür.

"Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi dövlətlərin bir-birinə qarşı silahlı güc tətbiqini açıq şəkildə qadağan edir. Suveren dövlətin ərazisinə dron hücumu təşkil etmək beynəlxalq hüquqa meydan oxumaq, regionda sabitliyi bilərəkdən pozmaq deməkdir.

İran rəhbərliyi hadisə ilə bağlı dərhal və şəffaf izahat verməlidir. Susmaq və ya məsuliyyəti yayınmaq vəziyyəti daha da ağırlaşdıracaq. Regionda gərginliyin artmasına görə tam məsuliyyət hücumu təşkil edən tərəfin üzərində qalacaq".

S.Mikayılova əlavə edib ki, Azərbaycan indiyədək bütün qonşuları ilə münasibətlərində beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb.

"Rəsmi Bakı heç vaxt öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib və bu mövqe dəfələrlə ən yüksək səviyyədə bəyan edilib. Azərbaycanın balanslı və məsuliyyətli siyasətinə qarşı bu cür hücum açıq düşmənçilik aktıdır.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev İran rəhbərliyinə humanitar jestlər göstərdiyi, başsağlığı verdiyi və hətta humanitar yardım planlaşdırdığı bir vaxtda belə bir addımın atılması siyasi riyakarlığın və etimadsızlığın göstəricisidir. Azərbaycan dar gündə qonşularına dəstək verib, lakin cavab olaraq silahlı təxribatla üzləşib".

Deputat əlavə edib ki, bu, İran tərəfindən ilk təhlükəli addım deyil.

"Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı silahlı hücum iki ölkə arasında münasibətləri ciddi şəkildə sarsıtmışdı. Ard-arda baş verən təhlükəsizlik insidentləri göstərir ki, problem təsadüfi deyil, sistemlidir və məqsədli şəkildə etimad mühitini dağıtmağa yönəlib.

Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququnu özündə saxlayır. Silahlı hücuma məruz qalan hər bir dövlət kimi Azərbaycan da öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün qanuni vasitələrdən istifadə etmək hüququna malikdir. Tarix göstərir ki, Azərbaycana qarşı təxribat və təcavüz edən tərəflər sonda bunun nəticələrini ağır şəkildə hiss ediblər. Bu dəfə də istisna olmayacaq".

Məqalədə: #İran #Azərbaycan #Naxçıvan #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.