10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Milli Məclisin Komissiyası İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Naxçıvana İran ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.

6 Mart 2026 17:50
Milli Məclisin Komissiyası İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb

BAKI, VOA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.

VOA Bəyanatın tam mətnini təqdim edir:

“2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.

PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndində orta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfər mülki şəxsin xəsarət aldığı müəyyən edilib.

Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan Hava Limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, dövlətimizin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş qəsd və terror aktı kimi qiymətləndiririk.

Komissiya İran tərəfindən həyata keçirilən, özündə hərbi, siyasi və informasiya komponentlərini birləşdirən bu xain hərəkəti həm də hibrid hücum əməliyyatı hesab edir. Eyni zamanda, Azərbaycanın sosial media seqmentində İranın bu fəaliyyətini dəstəkləyən informasiya kampaniyasının aparıldığı və manipulyativ fikirlərin yayıldığı müşahidə olunur.

Bu hücumların vətəndaşlarımız arasında çaşqınlıq və qorxu yaratmaq, müvafiq dövlət qurumlarına olan etimadı sarsıtmaq, Azərbaycanın regional mövqeyinə və beynəlxalq nüfuzuna zərər vurmaq məqsədilə edildiyi şübhə doğurmur.

Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı və xaricdə yaşayan soydaşlarımızı dövlətimizin gücünə və rəsmi məlumatlara inanmağa çağırır”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, texniki vasitələr İran İslam Respublikasının silahlı qüvvələrinin hücumlar həyata keçirmək üçün Azərbaycanın Naxçıvan bölgəsinə dörd pilotsuz uçuş aparatı (PUA) göndərdiyini aşkar edib. Onlardan biri Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib, digərləri isə dərslər zamanı orta məktəb də daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb.
Orta məktəb binasına yönəlmiş PUA xoşbəxtlikdən hədəfə çatmayıb və məktəbin yaxınlığında qəzaya uğrayıb partlayıb.

Hadisə nəticəsində dörd mülki şəxs yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq, İran İslam Respublikasından vəziyyəti dərhal aydınlaşdırmasını, izahat verməsini və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün lazımi təcili tədbirlər görməsini tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə sərt etiraz bildirilib.

Məqalədə: #Milli Məclis

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.