6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Dövlət Vergi Xidmətinin rəisi Daşkənddə beynəlxalq forumda çıxış edib

Əsas mövzusu “Kölgə iqtisadiyyatı” ilə mübarizə” olan Forum vergi orqanlarının bu sahədə təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyib. Texniki sessiyalar çərçivəsində vergiqoyma sahəsində qlobal trendlər, transfer qiymətləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergidən yayınma ilə mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vergi və gömrük administrasiyaları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub.

13 Mart 2026 20:30
Dövlət Vergi Xidmətinin rəisi Daşkənddə beynəlxalq forumda çıxış edib

BAKI, VOA, Orxan Qədirzadə

12-13 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qafqaz, Orta Asiya və Monqolustan Vergi Orqanları Rəhbərlərinin 3-cü Forumu keçirilib.

VOA Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tədbir Beynəlxalq Valyuta Fondunun (BVF) və BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin (CCAMTAC) dəstəyi ilə Özbəkistan Respublikasının Vergi Komitəsi tərəfindən təşkil olunub.

Əsas mövzusu “Kölgə iqtisadiyyatı” ilə mübarizə” olan Forum vergi orqanlarının bu sahədə təcrübə mübadiləsinə töhfə verməyi hədəfləyib. Texniki sessiyalar çərçivəsində vergiqoyma sahəsində qlobal trendlər, transfer qiymətləri, vergi inzibatçılığının rəqəmsallaşdırılması, vergidən yayınma ilə mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, vergi və gömrük administrasiyaları arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Açılış mərasimində BVF-nin Fiskal Məsələlər Departamenti direktorunun müavini Marqaret Kotton, Özbəkistan Respublikası Vergi Komitəsinin sədri Fərrux Pulatov, Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini Axadbek Xaydarov mövzu ətrafında çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. DVX rəisi “Azərbaycanın vergi sistemi: inkişaf və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Xidmət rəisi ölkəmizin vergi sisteminin inkişaf hədəfləri, vergi inzibatçılığında prioritet istiqamətlər, əldə edilmiş nəticələr, mövcud çağırışlar və strateji istiqamətlər barədə məlumat verib. Bildirilib ki, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçün strategiyası”nda təsbit olunan strateji fəaliyyət istiqamətləri vergi sisteminin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcək. DVX rəisi 2019-cu ildən bəri Azərbaycanın vergi sistemində sahibkarlığa fəal dəstək, “kölgə iqtisadiyyatı” ilə mübarizə səylərinin gücləndirilməsi, şəffaflığın artırılması, ədalətli rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli yanaşmalar və vergi siyasəti alətlərindən fəal istifadə ilə xarakterizə olunan transformasiya prosesinin nəticələrini qeyd edib. Vergi sisteminin iqtisadiyyatın inkişafında töhfəsi, “kölgə iqtisadiyyatı” ilə mübarizədə rolu və biznes mühitinin təkmilləşdirilməsində möhkəmlənən mövqeyi vurğulanıb.

Təqdimatın davamında risk əsaslı nəzarətin gücləndirilməsinin, rəqəmsallaşmanın və süni intellektin təhlükəsiz tətbiqinin, davamlı peşəkar inkişaf və institusional dayanıqlığın, dəyişən makroiqtisadi şərait fonunda qarşılıqlı səmərəli fəaliyyət və dialoqun əhəmiyyəti diqqətə çatdırılıb. Xidmət rəisi qeyd edib ki, könüllü əməletmə səviyyəsinin qorunması və artırılması, rəqəmsal vergi inzibatçılığında elektronlaşma və avtomatlaşdırmanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması prioritet təşkil edən məsələlər sırasındadır.

Məqalədə: #Dövlət Vergi Xidmətinin rəisi Daşkənddə beynəlxalq forumda çıxış edib #Azərbaycan vergi sistemi Daşkənd forumunda təqdim olunub #Orxan Nəzərli regional vergi forumunda iştirak edib #Kölgə iqtisadiyyatı ilə mübarizə Daşkənd forumunun əsas mövzusu olub #Azərbaycan vergi islahatları beynəlxalq tədbirdə təqdim edildi #Regional vergi orqanları rəhbərləri Daşkənddə bir araya gəldi

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.