5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Polşanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

17 Mart 2026 16:36
Baku
Polşanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

BAKI, VOA

Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, nazirlər Yaxın Şərqdə davam edən müharibənin regional və qlobal səviyyədə ciddi təhlükəsizlik təhdidləri yaratdığını, deeskalasiyanın və danışıqlar prosesinin bərpasının əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Polşa naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəyliyini ifadə edib. Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər telefon danışığı zamanı həmçinin digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə: #Ceyhun Bayramov

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

27 Avqust 13:40
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Siyasət

Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

6 Avqust 21:39

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.