9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Prezident İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb – Vuçiç

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan şirkəti “Azvirt” ilə Baçki-Breq – Sombor – Kula – Vrbas – Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətli avtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiya müqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşım edib.

18 Mart 2026 20:00
Prezident İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb – Vuçiç

BAKI, VOA

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb.

VOA-nın məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan şirkəti “Azvirt” ilə Baçki-Breq – Sombor – Kula – Vrbas – Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətli avtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiya müqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşım edib.

Serbiya Prezidenti sənədin imzalanma mərasimində iştirak edib.

“Bu gün ‘Azvirt’ şirkəti ilə bağlanan müqavilə ‘Serbiya 2030–2035’ planımızın əsas bəndlərindən biridir. Serbiya Respublikası maliyyələşməni təmin edəcək və biz ilk hissəni iki il ərzində başa çatdırmaq barədə razılığa gəldik. Bu layihə Serbiyanın şimal hissəsində yaşayan vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.

Vuçiç bildirib ki, sürətli avtomagistralın tikintisi Somboru Belqrada daha da yaxınlaşdıracaq, investorları cəlb edəcək və yük nəqliyyatını şəhər mərkəzlərindən kənarlaşdıracaq.

“Bu, vətəndaşlar üçün daha təmiz hava və mövcud yol infrastrukturuna düşən yükün azalması deməkdir. Biz şəhərləri və insanları birləşdirəcək, daha böyük hərəkətlilik və məşğulluq üçün daha yaxşı şərait təmin edəcəyik. Azərbaycanlı tərəfdaşlarımıza təşəkkür edir və dostum, qardaşım Prezident İlham Əliyevə ən səmimi salamlarımı çatdırmağı xahiş edirəm. O, ölkələrimiz arasında dostluq və tərəfdaşlığın inkişafı üçün çox iş görüb. Mən Azərbaycana səfərimi, həmçinin “Air Serbia”nın Bakıya ilk reysinin açılmasını gözləyirəm ki, bu da Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və xalqlarımız arasında əlaqələrin güclənməsinə töhfə verəcək.

Bu gün bunu başa çatdırmağa nail olduğumuza görə şadam. Hər kəsə təşəkkür edir və Serbiyanın şimal bölgəsinin vətəndaşlarını təbrik edirəm — bu, onlar üçün yeni başlanğıc və daha yaxşı həyat deməkdir. Əminəm ki, vətəndaşlar razı qalacaqlar və bu, Serbiyanın gələcəyə doğru irəlilədiyi düzgün yoldur”, – deyə Serbiya Prezidenti əlavə edib.

Məqalədə: #Azərbaycan #Serbiya #Aleksandar Vuçiç

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.