5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

31 Mart Azərbaycanlıların Soyqırımı Günü və tarixin silinməz izləri

Bəşəriyyət tarixinin səhifələri, vicdanları sızladan və nəhayət ki, günümüzdə də müxtəlif dövlətlər tərəfindən Asiya, Qafqaz, Afrika və Yaxın Şərqdə törədilən soyqırımı, vəhşət və qətliamlarla doludur. Bu ən acı səhifələrdən biri də 1918-ci ilin mart ayında erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilmiş soyqırımıdır.

31 Mart 2026 09:00
31 Mart Azərbaycanlıların Soyqırımı Günü və tarixin silinməz izləri

BAKI, VOA

Bəşəriyyət tarixinin səhifələri, vicdanları sızladan və nəhayət ki, günümüzdə də müxtəlif dövlətlər tərəfindən Asiya, Qafqaz, Afrika və Yaxın Şərqdə törədilən soyqırımı, vəhşət və qətliamlarla doludur. Bu ən acı səhifələrdən biri də 1918-ci ilin mart ayında erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilmiş soyqırımıdır.

Rusiyanın dəstəyi ilə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran başda olmaqla Azərbaycanın bir çox bölgəsinə edilən hücumlar nəticəsində minlərlə dinc sakin həyatını itirmiş və bu vəhşət "soyqırımı" olaraq bəşər tarixinə həkk olunmuşdur. Bu səbəbdən 31 mart tarixi Azərbaycan xalqının, Türk dünyasının və bütün insanlığın əsla unutmadığı bir acının rəmzi gününə çevrilmişdir.

1918-ci ilin martında erməni silahlı dəstələrinin törətdiyi hücumlar zamanı qadın, uşaq və yaşlı demədən mülki şəxslər hədəf alınmış, şəhərlər yandırılmış, yaşayış məskənləri dağıdılmış və müdafiəsiz insanlar kütləvi şəkildə qətlə yetirilmişdir. Bu vəhşət təkcə müəyyən bir bölgəni deyil, xalqın tamamını dərindən sarsıdan sistematik bir proses kimi tarixin ən qaranlıq dövrlərindən biri olaraq yaddaşlara qazınmışdır.

Bu tarixi gerçəkliyin unudulmaması və beynəlxalq müstəvidə xatırladılması məqsədilə Azərbaycanın Ümummilli Lideri və Türk dünyasının böyük övladı Heydər Əliyevin 26 mart 1998-ci il tarixli qərarı ilə 31 mart günü "Azərbaycanlıların Soyqırımı Günü" kimi qəbul edilmişdir. Bu qərar təkcə keçmişdə yaşanan acıların xatırlanmasını deyil, eyni zamanda Azərbaycan xalqının öz tarixinə, şəhidlərinə və milli dəyərlərinə sahib çıxma iradəsini ortaya qoymuş, həmçinin beynəlxalq birliyin nümayiş etdirdiyi ikili standartları gözlər önünə sərmişdir.

Hər il aprelin 24-də tarixi və hüquqi əsası olmayan iddialarla dünya ictimaiyyətində qondarma bir soyqırımı alqısı yaradılmağa çalışılsa da, Azərbaycan türklərinə qarşı sənədlərlə sübut olunmuş qətliamların kifayət qədər gündəmə gətirilməməsi və hələ də hesabının sorulmaması diqqətçəkən bir məqamdır. Halbuki tarixdə törədilmiş bəşəri cinayətlərin hesabı təbliğatla deyil, arxivlər, sənədlər və şahidliklərlə sorulmalıdır. Bu baxımdan, 1918-ci ildə Azərbaycanda baş verən hadisələr beynəlxalq ictimaiyyətin və hüququn daha çox diqqət və məsuliyyət göstərməli olduğu tarixi bir həqiqətdir.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü, keçmişdə yaşanmış, lakin cəzasız qalmış bu zülmü unutdurmayaraq tarix şüurunu diri tutur. Bu gün bizə bənzər acıların bir daha yaşanmaması üçün ortaq bir vicdanın formalaşmasını və cinayətkarların beynəlxalq hüquq qarşısında mütləq lazımi cəzanı almasını hər ildönümündə xatırladır.

Bu hüzünlü gündə Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı qurbanları ilə yanaşı, 31 mart 2015-ci ildə İstanbulda vəzifə başında şəhid edilən prokuror Mehmet Selim Kirazı, 31 mart 2016-cı ildə vəfat edən İraq türklərinin milli yazıçısı Ata Tərzibaşını və 31 mart 2024-cü ildə terror hücumu nəticəsində şəhid olan İraq türkmənlərinin lideri Hüseyn Allış Bayatlını hörmət, rəhmət və minnətdarlıqla anırıq.

Yalçın Topçu
Türkiyə Prezidentinin baş müşaviri

Məqalədə: #Ermənistan #Yalçın Topçu #31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.