5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yayıb

Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmişlər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilmişdir.

30 Mart 2026 13:00
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yayıb

BAKI, VOA, Orxan Qədirzadə

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bəyanat yayıb.

VOA Bəyanatı təqdim edir.

Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmişlər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilmişdir.

1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olmuş, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşmüşdür.

Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz iz qoymuşdur. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olmuşdur.

1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110, Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98, Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilmiş, dinc və müdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilmişdir. Həmin dövrdə törədilmiş qırğınların miqyasını və amansızlığını Quba şəhərində sonradan aşkarlanmış kütləvi məzarlıq və çoxsaylı insan qalıqları əyani şəkildə təsdiqləyir. Bu faktlar insanların yalnız milli mənsubiyyətinə - azərbaycanlı olduqlarına görə sistemli şəkildə hədəfə alındığını və kütləvi şəkildə qətlə yetirildiyini açıq şəkildə göstərir.

Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bu faciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərin ifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasını ətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakter daşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir. Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.
1918-ci ilin mart-aprel hadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görə sistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinə beynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqe bildirilməmişdir.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, soyqırımı faktlarına siyasi-hüquqi qiymət verilməsi, eləcə də tarixi həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Beynəlxalq səviyyədə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinin tanınması və ədalətin bərpası gələcəkdə insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması baxımından çox mühümdür.
Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlar və BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci il hadisələrini soyqırımı kimi tanımalıdır.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

30 mart 2026

Qeyd edək ki, Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Məqalədə: #Səbinə Əliyeva #Ombudsman 31 Martla bağlı beynəlxalq çağırış etdi #Azərbaycanlıların soyqırımı ilə bağlı bəyanat yayıldı #Səbinə Əliyeva: 1918 hadisələri soyqırımıdır #Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi #31 Mart faciəsi yenidən gündəmə gətirildi #Soyqırımı faktlarının tanınması tələb olunur

Mövzu üzrə digər xəbərlər

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq
Cəmiyyət

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

8 İyun 14:08
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib
Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

7 May 13:12
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir
Siyasət

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

8 Aprel 17:00
Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı
Cəmiyyət

Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı

31 Mart 19:06

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.