6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisinə yekun vurulub.

31 Mart 2026 19:06
Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı

BAKI, VOA, Orxan Qədirzadə

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” sərgisinə yekun vurulub.

VOA Ombudsman Aparatına istinadən xəbər verir ki, tədbirdə Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə çıxış edərək, Ombudsman tərəfindən təşkil edilmiş “Susmayan həqiqətlər” sərgisinin azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxış edib, Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından danışıblar.

Tədbirin yekununda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanatı səsləndirilib. Bəyanatda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən ilk dəfə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsi ilə həmin hadisələrə siyasi qiymətin verildiyi vurğulanıb.

Qeyd edək ki, martın 2-dən martın 31-dək davam etmiş “Susmayan həqiqətlər” sərgisində nümayiş olunan nəşrlər, eləcə də arxiv sənədləri, fotoşəkillər və digər materiallar yerli və xarici qonaqların böyük maraqla qarşılanıb. İştirakçılar sərginin xatirə dəftərinə öz təəssüratlarını qeyd ediblər.

Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı
Məqalədə: #Səbinə Əliyeva #Ombudsman Aparatında sərgi yekunlaşdı #Susmayan həqiqətlər sərgisi başa çatdı #Tarixi həqiqətlərə həsr olunan sərgi diqqət çəkdi #Sərgidə soyqırımı faktları təqdim olundu #Susmayan həqiqətlər geniş maraq doğurdu #Sərgi beynəlxalq ictimaiyyətə mesaj verdi

Mövzu üzrə digər xəbərlər

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq
Cəmiyyət

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

8 İyun 14:08
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib
Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

7 May 13:12
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir
Siyasət

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

8 Aprel 17:00
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yayıb
Siyasət

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yayıb

30 Mart 13:00

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.