9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

7 aprel tarixində Qambiyanın paytaxtı Bancul şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

8 Aprel 2026 12:09
Baku
Azərbaycan və Qambiya arasında ilk siyasi məsləhətləşmələr keçirilib

BAKI,VOA

7 aprel tarixində Qambiyanın paytaxtı Bancul şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

XİN-dən VOA-ya verilən məlumata görə, siyasi məsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qambiya Prezident Aparatının rəhbəri cənab Aliyu Lum ilə nəzakət görüşü baş tutub.

Bildirilib ki, görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Tərəflər siyasi məsləhətləşmələrin ilk iclasının diplomatik əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar.

Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyinin birinci daimi katibi və nazirliyin diplomatik xidmətinin rəhbəri Lanq Yabunun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların daha səmərəli istifadəsinin vacibliyi vurğulanıb, xüsusilə iqtisadi, ticarət, təhsil, turizm, enerji və iqlim dəyişmələrinə qarşı mübarizə sahələri üzrə əməkdaşlıq istiqamətlərində müvafiq addımların atılmasının əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, Qambiyada insan kapitalının inkişafına Azərbaycanın verdiyi töhfələr və humanitar sahədə uğurla həyata keçirilmiş layihələr alqışlanaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinə maraq ifadə edilib. Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İƏT və QH çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunublar.

Eyni gündə, Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin meri xanım Rohey Malik Lov ilə görüşüb. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Məqalədə: #Azərbaycan #XİN #Qambiya #Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi #Qambiya Xarici İşlər

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.