14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

10 Aprel 2026 18:00
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub

BAKI,VOA

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

VOA xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Mərkəzin binası haqqında məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Baş nazir İnqa Ruqiniene əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan İnqa Ruqinieneyə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Daha sonra qonaq "Kukla incəsənətdə" sərgisi ilə tanış olub. Bildirilib ki, sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da mövcuddur.

"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra İnqa Ruqiniene Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.

"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Baş nazir daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Litvanın Baş nazirinə xatirə hədiyyəsi təqdim edilib, o, Mərkəzdən xoş təəssüratla ayrılıb.

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Məqalədə: #Heydər Əliyev Mərkəzi #Litva

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.