5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

14 Aprel 2026 15:14
Baku
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib

BAKI, VOA

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

VOA xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.

Komitə sədri qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunmaları dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.

"Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınların səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin vaxtıdır", - deyə komitə sədri vurğulayıb.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar uğurlu sahibkarlar, elm adamları, rəssamlar və liderlərdir.

Azərbaycanda qadınların rolunun daim yüksək qiymətləndirildiyini, onlara hörmətin mədəniyyətimizin və ənənələrimizin həmişə bir hissəsi olduğunu söyləyən L.Əliyeva deyib:

"Bu gün bütün Azərbaycan üzrə qadınlar biznes qurur, ictimai təşəbbüslərə rəhbərlik edir və real təsir yaradırlar. Təkcə keçən il qadınlar Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini təşkil edirdi ki, bu da onların iqtisadiyyatımızda fəal və vacib rol oyandıqlarını göstərir".

O qeyd edib ki, bu gün Azərbaycanın AQEM-ya sədrliyinin davamlı inkişaf və qərar qəbuletmədə qadınların səslərini fəal şəkildə dəstəklədiyini görmək çox xoşdur. "AQEM Qadınlar Şurasının yaradılması vacib bir təşəbbüsdür", - deyən Leyla Əliyeva konstruktiv ideyaları əməllərə çevirməkdə bu platformaya uğurlar arzulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə beynəlxalq və regional təşkilatların qadınların səlahiyyətlərinin artırılması istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlar olduqlarını deyib. Baş katib diqqətə çatdırıb ki, onlar bu prosesdən kənarda qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır.

Kayrat Sarıbay qeyd edib ki, etimadın güclləndirilməsi, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyillər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir. Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsa da, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlim dəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletmə sahələrində qadınların səsi hələ də daha az eşidilir. Bu da bugünkü konfransımızın mövzusunu daha da aktual edir.

Konfransda, eyni zamanda, "UN Women" təşkilatının İcraçı direktoru Sima Sami Bahousun videomüraciəti təqdim edilib. Sima Sami Bahous diqqətə çatdırıb ki, AQEM Qadınlar Şurasının yaradılması yüksək qiymətləndirilməlidir. Bu mühüm təşəbbüs qadınların dayanıqlı inkişafın mərkəzində yer almaları istiqamətində atılan əhəmiyyətli addımdır. O, bu platformanın qadınların səsinin daha aydın eşidilməsinə, onların qərarvermə proseslərində iştirakının genişlənməsinə və regional əməkdaşlığın güclənməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, konfrans çərçivəsində "Kiçik və orta biznesdə qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzuları müzakirə olunacaq.

Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi, iclasın üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatının rəsmi olaraq tətbiq edilməsi gözlənilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AQEM çərçivəsində keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #AQEM #Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.