6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

16 Aprel 2026 20:21
Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub

BAKI,VOA

Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.

VOA xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin "At gücü" mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra film nümayiş etdirilib.

Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur "Plimsoll Productions" və "Eos Films" istehsal şirkətlərinin birgə məhsuludur.

Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları da öz layiqli yerini tutub.

Bu ekran əsəri "Mavi Planet II" və "Yer kürəsi II" kimi layihələrin yaradıcıları tərəfindən atlar haqqında indiyədək çəkilmiş ən iddialı sənədli filmlərdən biri hesab olunur.

Şərq təqviminə görə 2026-cı ilin "At ili" olması ilə əlaqədar filmin nümayişləri dünyanın müxtəlif ölkələrində bu mövzuya həsr edilib. Proqnozlara əsasən, ekran əsərinin auditoriyası 100 ölkədə 300 milyon izləyicini ötəcək. Bu göstəriciyə televiziya yayımı, onlayn platformalar, kinoteatr nümayişləri, eləcə də dünyanın müxtəlif muzeylərində təşkil edilən təqdimatlar vasitəsilə nail olunması gözlənilir.

Qeyd edək ki, filmin ərsəyə gəlməsində beynəlxalq təcrübəyə malik peşəkar komanda iştirak edib. Layihənin məsləhətçiləri sırasında Böyük Britaniyanın tanınmış fotoqrafı, Kral Coğrafiya Cəmiyyətinin üzvü Henri Dallal (Henry Dallal) da daxil olmaqla, elm və mədəniyyət sahəsinin aparıcı mütəxəssisləri yer alır.

Filmin rejissoru Mark Braunlou (Mark Brownlow) "Yer kürəsi II" və "Eden: Untamed Planet" kimi layihələri ilə tanınır. O, həmçinin "Mavi planet II", "Kiçik nəhənglər 3D", "Okeanlar: bizim mavi planetimiz 3D" və digər sənədli serialların prodüseri və rejissoru kimi çoxsaylı mükafatlara layiq görülüb.

Filmin prodüseri Sun Şuyun (Sun Shuyun) beynəlxalq əməkdaşlıq sahəsində tanınan və məhsuldar fəaliyyət göstərən mütəxəssislərdəndir.

İkinci rejissor Rob Sallivan (Rob Sullivan) sənədli seriallar üzrə təcrübəli prodüser və rejissor kimi yerli hekayələrin təqdimatı və unikal çəkiliş məkanlarına çıxış imkanları ilə seçilir.

Filmin kadrarxası mətni "Oskar" mükafatı nominantı aktyor Coş Brolin (Josh Brolin) tərəfindən səsləndirilib, musiqinin müəllifi isə "Emmy" mükafatı laureatı bəstəkar Barnabi Teylordur (Barnaby Taylor).

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub
Məqalədə: #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Heydər Əliyev Fondu #Anar Ələkbərov #Nizami Kino Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.